Məhkəmə qərarları › İş №3(5-118)-38/2026

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(5-118)-38/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(5-118)-38/2026 22.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, SADİQOV YADİGAR BABƏK OĞLU tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 274.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. MN ******* saylı protokol üzrə 3(5-118)-38/2026 nömrəli, MN ******* saylı protokol üzrə 3(5-118)-39/2026 nömrəli və MN ******* saylı protokol üzrə 3(5-118)-40/2026 nömrəli inzibati xətalar haqqında işlər bir icraatda birləşdirilərək 3(5-118)-40/2026 sayla baxışa təyin edilməlidir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ:

1. İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin.

2. MN ******* saylı protokol üzrə 3(5-118)-38/2026 nömrəli, MN ******* saylı protokol üzrə 3(5-118)-39/2026 nömrəli və MN ******* saylı protokol üzrə 3(5-118)- 40/2026 nömrəli inzibati xətalar haqqında işlər bir icraatda birləşdirilərək 3(5-118)- 40/2026 sayla baxışa təyin edilsin.

3. İşin baxılması 22 yanvar 2026-cı il tarixə, saat 12:05-ə Daşkəsən Rayon Məhkəməsinin binasında təyin edilsin.

4. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçıları məhkəmə baxışında iştirak etmələri üçün çağırılsın. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar