Məhkəmə qərarları › İş №3(5-118)-40/2026

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-40/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-40/2026 22.01.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X11 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "X10 " MMC-də ərazi gözətçisi işləyən, Daşkəsən rayon Dəstəfur kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.4, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2026-cı il tarixdə xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2026-cı il tarixli, MN ******* saylı və xx.xx.2026-cı il tarixdə polisin qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə xx.xx.2026-cı il tarixli MN ******* saylı bundan başqa heyvanlarla rəhmsiz rəftar etməsinə görə xx.xx.2026cı il tarixdə MN ******* saylı protokol üzrə 3(5-118)-40/2026 nömrəli inzibati xəta haqqında protokollar Daşkəsən rayon Polis Şöbəsi tərəfindən tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(5-118)-38/2026 nömrəli, MN ******* saylı protokol üzrə 3(5-118)-39/2026 nömrəli və MN ******* saylı protokol üzrə 3(5-118)-40/2026 nömrəli inzibati xətalar haqqında işlər bir icraatda birləşdirilərək 3(5-118)-40/2026 sayla baxışa təyin edilmişdir. Şəxs xx.xx.2026-cı il tarixdə Daşkəsən rayon Dəstəfur kəndində səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa Daşkəsən rayon Dəstəfur kəndində heyvanlarla rəhmsiz davranaraq çöl heyvanı olan porsuğu kəsim qaydasından istifadə etməyərək taxta parçası ilə vuraraq öldürmüşdür. Buna görə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.4, 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən rayon Polis Şöbəsinin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs inzibati xəta haqqında tərəfindən heyvanlar ilə rəhmsiz davranaraq çöl heyvanını taxta parçası ilə vurarq öldürməsi faktı ilə bağlı Daşkəsən rayon X6 Qrupundan daxil olmuş material üzrə inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.4-cü maddəsi ilə icraat başlanılmışdır. Həmin hadisə ilə bağlı bir neçə dəfə telefon vasitəsi ilə şəxsi polis şöbəsinə dəvət etsələr də o, gəlməkdən imtina etmişdir. Şəxs polis şöbəsinə nə üçün çağırılması barədə izah verilmişdir. Şəxs gəlməkdən imtina etdiyi üçün xx.xx.2026-cı il tarixdə onun yaşadığı Daşkəsən rayonu, Dəstəfur kəndində yerləşən evinə getmişlər. Şəxs yenə də polis şöbəsinə gəlməkdən imtina edərək əsəbi halda səs-küy yaratmışdır. Buna görə də şəxsin barəsində əlavə olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə protokol tərtib edilmişdir. Şəxs polis şöbəsinə gətirildikdən sonra o, etdiyi əməli etiraf edərək peşman olduğunu bildirmişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etmişdir. törədildiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Çöl heyvanını öldürməsi 2024cü ilin yanvar ayında olmuşdur. Çöl heyvanı öldürmək fikri olmamışdır. Yaşadıqları Dəstəfur kənd ərazisində kələm yetişdirdikləri yerdə təsərüffatlarına hər gün zərər vurulduğu üçün çöl heyvanını tələ vasitəsi ilə tutmuşdur. Təsərrüfata ziyan vurduğu üçün heyvanı tutduqdan sonra öldürmüşdür. Polis əməkdaşları onu gəlib Daşkəsən Rayon Polis Şöbəsinə aparmaq istədikdə xəstə olduğunu və sabah gələcəyini bildirmişdir. Xəstəliyi ilə əlaqədar özündən aslı olmayan səbəblərdən əsəbiləşmişdir. Qonşular səs-küyə evlərindən çölə çıxsalar da onların evlərinə gəlməmişlər. Lakin polisə qarşı tabesizlik göstərməmişdir. Hazırda etdiyi əməldən peşmandır və birdə bu cür hərəkətlərə yol verməyəcəyini bildirir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşkəsən rayon Polis Şöbəsinin İTB-in polis nəfəri X7 izahatında göstərmişdir ki, o, sahə rəisi ilə birlikdə Şəxs yaşayış ünvanına getmişlər. Yaşayış yerində olan zaman şəxsə hüquq və vəzifələri izah olunaraq Daşkəsən Rayon Polis Şöbəsinə dəvət etdikdə o, əsəbiləşərək səs-küy salmış və şöbəyə gəlməkdən imtina edərək onların qanuni tələblərinə əməl etməmişdir. Daşkəsən rayon Polis Şöbəsində olan zaman etdiyi əməldən peşman olduğunu bildirmişdir. İşdə olan Daşkəsən Rayon Polis X3 baş təhqiqatçısı, Xəyal İbəşovun 27 dekabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarında görünür ki, araşdırma zamanı izahatı alınan Şəxs 2024-cü ilin qış aylarında yaşadıqları Daşkəsən rayonu, Dəstəfur kəndi ərazisində məftildən qurulmuş tələ nəticəsində tələyə porsuq heyvanın düşməsini müəyyən etməsini, daha sonra həmin heyvanı kəsərək ətindən qida olaraq istifadə etməsini bildirmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs Vətən müharibəsi iştirakçısıdır və buna görə 80 manat pensiya alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, ifadəsindən göründüyü kimi çöl heyvanının öldürülməsi ilə bağlı hadisə 2024-cü il yanvar ayında baş vermişdir. Hadisənin baş vermə tarixi barədə başqa bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.4-cü maddəsi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 29 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavə edilmişdir. 30 dekabr 2024-cü il tarixdən qüvvədədir. Odur ki, həmin maddədə qeyd edilən tənbeh tədbiri şəxsin vəziyyətinin pisləşməsinə səbəb olduğu üçün tətbiq edilə bilməz. Qeyd olunanlara əsasən şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 274.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin vaxt Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi qüvvədə olmuşdur. Bu maddəyə münasibətdə də bir ildən artıq müddət ötmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa iş üzrə Azərbaycan Respublikasının İXM–in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi də sübutlarla öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Beləliklə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Daşkəsən rayon Dəstəfur kəndində olan zaman polisin qanuni tələbinə tabe olmayaraq, ictimai qaydanı pozması və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, özünün qismən etirafı, şahid ifadəsi, həmçinin işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin vətən müharibəsi iştirakçısı olması və səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikasının İXM–in 53.1.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati tənbeh növündə inzibati cərimə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274.4 və 535.1-ci maddəsi ilə olan hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar