Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-44/2026 17.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası X2 X6 İdarəsində tərtib edilmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2026-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X2 X6 İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, reklam qaydalarının pozulması ilə bağlı şəxsə xx.xx.2026-cı il tarixdə məktub ünvanlanmışdır. Lakin, məktubda göstərilənlər yerinə yetirilməmişdir. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. İnzibati protokol tərtib olunduqdan sonra şəxs agentliyə getmiş və reklam üçün ödənilməlil olan rüsumu ödyəcəyini bildirmişdir. Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, X2 X6 İdarəsindən ona göndərilmiş yazılı göstəriş ona çatdırılmamışdır. Hazırda agentliklə razlaşmış və üç aylıq reklam qurğusunun dəyişdirlməsi üçün icazə almışdır. Ödəniləcək üç aylıq rüsumu 2026-cı ilin yanvar ayının birində hesablanqala ödəmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs adına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11-3-3/2-1640/2024 nömrəli yazılı göstərişdən görünür ki, Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən “Lady SHarm” adlı obyektdə açıq məkanda reklam yayımlanan reklamın (reklamların) yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin 5 gün müddətində Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə müraciət etməsi tələb olunur. Bu tələblər yerinə yetirlmədikdə, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən müvafiq reklamın (reklamların) yayımının dayandırılması üçün zəruri tədbirlər görülməklə yanaşı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirlmişdir. Şəxs adına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 11-3-3/2-1746/2024 nömrəli yazılı göstərişdən görünür ki, Daşkəsən şəhəri, Heydər Əliyev prospektində yerləşən sahibkarlıq fəailiyyəti ilə məşğul olduğu “Lady SHarm” adlı obyekti üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçünxx.xx.2025-ci il tarixli, 11-3-3/2- 1640/2024 nömrəli yazılı göstəriş göndərildiyi bildirlmişdir. Yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 (beş) gün müddət keçməsinə baxmayaraq bu günədək icazə almaması vıqanunla müəyyən edilmiş yayım haqqını ödəmədiyi bildirlmişdir. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağı bildirlimişdir. Qeyd olunan protokolun tərtib olunmasında iştirak etmək üçün Şəxs xx.xx.2025-ci tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinə gəlməsi dəvət olunmuşdur. xx.xx.2025-ci il tarixli, 4918 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Daşkəsən şəhəri, Heydər Əliyev prospektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla fasadda 6,80 m2: Vitrin:1,80 m2 (6 ədəd) ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli, 4997 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs (VÖEN **********) Daşkəsən şəhəri, Heydər Əliyev prospektində “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın tələblərini pozmaqla (açıq məkanda reklam yerləşdirilməsinə verilən icazə olmadan) fasadda 6,80 m2: Vitrin:1,80 m2 (6 ədəd) ölçüdə reklam yayımlamağı aşkar edilmişdir. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs rəsmi qaydada verilən göstərişləri yerinə yetirməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən fərdi sahibkar Şəxs “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə alınmış və yayım haqqı Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin bank hesabına ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu Qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. “Reklam haqqında” Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi reklam subyekti tərəfindən həmin qanunun tələblərinə riayət edilməməsi reklam fəaliyyətinə nəzarət edən orqan tərəfindən müəyyən edildikdən sonra həmin Qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək üçün reklam fəaliyyətinə nəzarət edən orqan reklam fəaliyyətinin subyektlərinə bu Qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxsnın əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi şəxsin yayımladığı reklamla bağlı müvafiq yazılı göstəriş vermişdir. Lakin iş materiallarından aydın şəkildə görünür ki, yazılı göstəriş şəxs tərəfindən qəbul edilməmişdir. Bundan başqa şəxs reklam qaydaları ilə tanış olduqdan sonra agentliklə yol verilmiş pozuntunun aradan qaldırılması üçün üç aylıq icazə alaraq həmin aylar üzrə aylıq rüsumları ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxs tərəfindən İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə sübuta yetirilməmiş və şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, şəxsin İXM-nin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 111-112, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-44/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-44/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver