Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-45/2026 05.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X16 Hafiz oğlunun sədrliyi, X3 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1989-cu ildə Daşkəsən rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətandaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu Çovdar kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx.xx.2026-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Şəxs icra sənədi üzrə 14.120 manat məbləğində aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1853/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə xx.xx.2007-ci ildə anadan olmuş X6 və xx.xx.2010-cu ildə anadan olmuş X4 maddi təminatı üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 manat məbləğində alimenti ödəməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkara 14120 manat aliment borcu qalmışdır. Bununla bağlı borcluya xəbərdarlıq olunsa da icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırda heç bir yerdə işləmir, hər ay 180 manat məbləğində əlilliyə görə müavinət alır. Bunun isə 105 manatı aliment borcuna yönəldilir. Əvvəllər işləmiş və əmək haqqından tutulma aparılmışdır. X2 noyabr ayının 25-dən onunla birlikdə yaşayır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında bildirdi ki, X2 10 gün olar ki, atasının yanına qayıtmışdır. Hazırda borcun tam ödənməsini ödənilməsini əks halda inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, uşaq X7 10 gün olar ki, atasının yanına qayıtmışdır. Atası normal həyat tərzi keçirmir və uşağa təsir göstərir. Hazırda borcun tam ödənməsini, tam ödənilmədiyi halda əks halda inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında valideynlərinin iştirakı ilə şahid qismində dindirilmiş X7 bildirdi ki, 2025-ci ilin noyabr ayının 29-dan atası ilə birlikdə yaşayır. Həmin müddətdən indiyədək anası ilə heç bir əlaqəsi yoxdur. İşə əlavə olunmuş “CMS” Elektron Məhkəmə Sistemində verilmiş sorğudan görünür ki, Şəxs 3-cü qrup əlilliyinə görə ayda 180 manat məbləğində pensiya alır. İşə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1853/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş X6 və xx.xx.2010-cu ildə anadan olmuş X1 üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay cavabdeh Şəxs hər ay 70 manat olmaqla, cəmi 140 manat sabit məbləğində aliment tutulub iddiaçı X8 ödənilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhməsinin 8(030)-89/2025 saylı xx.xx.2025ci il tarixli qərardadın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1853/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan aliment indeksasiya edilmiş, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,95 (sıfır tam yüzdə doxsan beş) misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə sübutlarla təsdiq olunur ki, Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1853/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra qeydi ilə bağlı icra məmurunun qanuni tələblərinə etinasız yanaşmışdır. Nəticədə 14120 manat məbləğində aliment borcu yaranması əsası protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs icra məmurunun qanuni tələblərinə riayət etməməsinə dair gətirdiyi dəlillər üzrlü hesab edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin hərəkətləri düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması aşkar edilməmişdir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi səbəblərini və törədilmiş inzibati xətaya münasibətini, onun 3-cü qrup əlil olmasını, o cümlədən iş üçün əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh verilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 12, 30.2, 40, 43, 48-51, 53, 106-114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Daşkəsən Rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-45/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-45/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver