Məhkəmə qərarları › İş №3(5-118)-51/2026

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-51/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-51/2026 23.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Hakim X1, X5 iclas katibliyi, protokolu tərtib edən şəxs Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X2 məsləhətçi-müfəttişi X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X4 tərəfindən daxil olmuş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X4 tərəfindən Şəxs 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs məxsus Daşkəsən rayonu, Bayan kəndində yerləşən “Yaşıl Vadi” restoranında formalaşan tullantı və çirkablı suları restoranın ərazisindən kənara Qoşqar çayının sağ sahilinə axıtmışdır. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Azərbaycan Dövlət Su X6 Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X2 məsləhətçi-müfəttişi X10 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Daşkəsən Rayonu ərazisindən keçən Qoşqar çayının sağ sahilində ictimai iaşə obyekti olan “Yaşıl Vadi” adlı restoranından çıxan plastik boru yararsız hala düşmüş və borudan axan su Qoşqar çayına axıdılmışdır. Həmin restoranı idarə edən Şəxs mövsümlə əlaqədar fəaliyyətlərini dayandırdığına görə barəsində fiziki şəxs kimi protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında protokolla razılaşaraq, izahat verərək bildirmişdir ki, “Yaşıl Vadi” restoranı ona məxsus olsa da, həmin obyekt hal-hazırda mövsümlə əlaqədar fəaliyyətini dayandırmışdır. Sanitar qovşağda formalaşan tullantı suları boru yararsız hala düşdüyünə görə çaya axmışdır. Hal-hazırda restoranda təmir işləri getdiyini və yaranmış problemin yaxın zamanda aradan qaldırılacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli 002081 nömrəli aktın surətindən görünür ki, Şəxs tərəfindən Daşkəsən rayon Bayan kəndi ərazisində yerləşən (Qoşqar çayının sağ sahilində) “Yaşıl Vadi” ictimai iaşə obyektinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq Qoşqar çayına axıdıldığı məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə verilmiş elektron sorğudan görünür ki, hal-hazırda Şəxs vergi ödəyicisi kimi passiv olması görünür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Daşkəsən rayonu Bayan kəndində 0.06 ha yerləşən sahə Şəxs məxsusdur. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, fiziki şəxs qismində inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 16.1-ci maddəsinə əsasən İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini və ilk dəfə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini nəzərə alaraq inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 120 (bir yüz iyirmi) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar