Məhkəmə qərarları › İş №3(5-118)-54/2026

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-54/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-54/2026 18.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X15 Hafiz oğlunun sədrliyi, X4 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkil (müdafiəçisi) X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:30 radələrində Daşkəsən şəhərində yerləşən “Dost Qapısı” restoranında uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X11 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Daşkəsən şəhərində “Dost qapısı” adlanan yerdə X5 və X2 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Sonra Aftandil ilə aralarında mübahisə yaranmış, uca səslə söyüşlər söyməyə başlamışdır. Həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Daha sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışdılar. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, “Dost qapısı” adlanan kafedə olan zaman yan otaqdan uca səslə söyüş söyüldüyünü eşitmişdir. Otağa gedərək onları nizam-intizama dəvət etmişdir. Lakin, Tural öz əməllərinə yenə davam edərək uca səslə söyüşlə söyməyə davam etmişdir. Daha sonra onları polis şöbəsinə aparmışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, “Dost qapısı” adlanan kafedə Mahir ilə yemək yeyən zaman Tural da oraya gəlmiş və onu yeməyə dəvət etmiş birlikdə yemək yeyib spirtli içki qəbul etmişdilər. Bir qədər sonra Tural onunla zarafat etməyə başlayıb və buna görə də, mübahisə etmişlər. Heç bir söyüş işlətməyiblər, sadəcə uca səslə danışıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, “Dost qapısı” adlanan kafedə Aftandil ilə yemək yeyən zaman Tural da oraya gəlmiş və onu yeməyə dəvət etmişlər birlikdə yemək yeyib spirtli içki qəbul etmişdilər. O, həmin yerdən çıxmış və az sonra geri qayıtdıqda onların uca səslə mübahisə etdiyini görmüş, onları sakitləşdirməyə çalışmışdır. Söyüş işlətməmişlər, sadəcə uca səslə mübahisə ediblər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X3 çıxışında göstərmişdir ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxs Qurbanov X8 Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X14 haqqında protokoldan görünür ki, Qurbanov X8 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdə saat 21:20də inzibati qaydada tutulmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 510.1-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Qurbanov X8 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Belə ki, Şəxs əvvəllər də İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-220/2024 saylı, xx.xx.2025-ci il tarixli 3(030)-209/2024 saylı və xx.xx.2025-ci il tarixli 3(030)-150/2025 saylı qərarları ilə inzibati tənbeh olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X14 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarix saat 21:20-dən hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar