Məhkəmə qərarları › İş №3(5-118)-68/2026

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(5-118)-68/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(5-118)-68/2026 24.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Mən Daşkəsən Rayon Məhkəməsinin hakimi X1, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən tərəfindən xx.xx.2025-ci il tarixli EQ 29983554 nömrəli inzibati xəta haqqında elektron qərar tərtib edilmişdir. İşə əlavə olunmuş “CMS” elektron sisteminin çıxarışından görünür ki, inzibati xəta törətmiş şəxsin qeydiyyat ünvanı ünvan 1ibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Maddənin məzmunundan da göründüyü kimi inzibati xəta haqqında işə baxılması Gəncə şəhər Məhkəməsinindir səlahiyyətindədir. Belə ki, İXM-nın 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmə yeri inzibati xəta törətmiş şəxsin faktiki olaraq qeydiyyatda olduğu yer hesab olunur. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Ona görə də hesab edirəm ki, qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair barədə Gəncə şəhər Baş Polis İdarəsidən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-1.7, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Daşkəsən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilsin. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar