Məhkəmə qərarları › İş №3(5-118)-73/2026

Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-73/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-73/2026 23.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X7 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Daşkəsən rayonu, Xoşbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, borclu Səfərov X2 rayon Məhkəməsinin 2(030)-85/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan 6128 (altı min yüz iyirmi səkkiz) manat məbləğində borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Məhkəmə iclasında Daşkəsən rayon icra və probasiya şöbəsinin rəisi X3 izahatında bildirmişdir ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-85/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqi üzrə Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilməli olan 6128 (altı min yüz iyirmi səkkiz) manat məbləğində borcunu ödəməyə borclu olduğu halda, icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borcluya tələbin könüllü icrası barədə bildiriş verilmişdir. Bundan sonrada borclu borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)-255/2025 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Şəxs inzibati tənbehdən nəticə çıxarmayaraq heç bir ödəniş etməmişdir. Odur ki, borclu barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən borclu barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi vəziyyətinin ağırlığından borcunu tam ödəyə bilməmişdir. Hal-hazırda 1000 manat məbləğində ödəniş etmişdir. Qalan borcunu hər ay hissə-hissə ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxslə razılığa gəlmişlər və buna görə də, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən Daşkəsən Rayon Məhkəməsinə ünvanlanmış telegramdan görünür ki, işə onun iştirakı olmadan baxılmasını xahiş edərək, borcunun ödənilməsi icrasının təmin edilməsini şəxs barəsində məcburi tədbir görülməsini xahiş etmişdir. İşə əlavə olunmuş xx.xx.2026-cı il tarixli qəbzin surətindən görünür ki, Şəxs tərəfindən 1000 manat məbləğində pul Zərərçəkmiş şəxs nümayəndəsi X5 tərəfindən qəbul edilmişdir. İş üzrə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* saylı protokoldan görünür ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-85/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqsinin icrası ilə əlaqədar borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzürsüz səbəbdən icra etməmiş və tələbkar Şəxs 6128 (altı min yüz iyirmi səkkiz) manat məbləğində borcu qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Daşkəsən rayon Məhkəməsinin 2(030)-85/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən borclunun 6128 (altı min yüz iyirmi səkkiz) manat borcu vardır. İşdə olan Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(030)-255/2025 saylı qərarından görünür ki, Şəxs 2(030)-85/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqsinin icrası ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə 500 manat məbləğində inzibati tənbeh olunmuşdur. Məhkəmə iş üzrə icraat iştirakçılarının izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, borclunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyətə səbəb olur. İşin hallarından göründüyü kimi, borclu Daşkəsən Rayon Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli 3(030)-255/2025 saylı qərarı ilə 500 manat məbləğində cərimə olunmuşdur. Bundan sonra 1000 manat ödəniş etmiş, borcun qalan hissəni hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 528.1-1 maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından göstərilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci mаddəsinə əsаsən inzibаti xətа tərkibi olmаdıqdа inzibаti xətа hаqqındа iş üzrə icrааt bаşlаnılа bilməz, bаşlаnılmış icrааtа isə xitаm verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən (əməldə inzibаti xətа tərkibi olmаdığına görə) xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 50, 51, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar