Məhkəmə qərarları › İş №3(5-118)-75/2026

Daşkəsən Rayon Məhkəməsi Qərardad — İş №3(5-118)-75/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Daşkəsən rayonu İş № 3(5-118)-75/2026 24.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ Daşkəsən Rayon Məhkəməsinin hakimi X4, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Daşkəsən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala baxaraq, müəyyən etdi: Daşkəsən rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Məhkəmə protokolu nəzərdən keçirib hesab edir ki, toplanmış materiallar natamam olduğundan məhkəmə baxışının təşkili mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən məlumatlar tam olaraq qeyd olunmamışdır. İşə əlavə olunmuş (2(030)-398/2015 saylı, 29 iyun 2015-ci il tarixli) həmin icra sənədi ilə əlaqədar Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(030)-11/2024 saylı hökmü ilə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəxs barəsində, onun cəzanı çəkib qurtardıqdan sonra hal-hazırki tarixədək olan müddət ərzində Daşkəsən Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən zəruri icra tədbirləri görülməsi və bunların nəticələri barədə məlumatlar protokolda qeyd olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 43.1.1-43.1.3-cü maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda həmin Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən, X1 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə təqdim olunmuş materiallar natamam sayılır və işə baxılarkən materialların tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106-111-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol Daşkəsən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar