Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-77/2026 02.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, X2 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Daşkəsən şəhəri, A.Abdullayev küçəsi, ev 3, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:10 radələrində Daşkəsən şəhərində ictimai yerdə X5 ilə bir-birlərinə uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Daşkəsən şəhərində tikintidə fəhlə işləyir. Ona pul borcu olan şəxs “Araz” marketin yaxınlığında həyət evində kirayədə yaşayır. O, evin qarşısına çatanda şəxsin evdən çıxarkən gördüyü üçün evə getməmiş və yolun kənarında onu gözləmişdir. Bu zaman Qurbanov Turalda ora gəlmişdir. Tural ona oradan getməsini bildirmiş, bu isə ona getməyəcəyini demişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Qurbanov Tural ona və ailəsinə qarşı söyüşlər söyərək nalayiq ifadələr işlətmişdir. O, isə məcbur olub qarşılığında Turalın özünə qarşı nalayiq ifadələr işlətmişdir. Onların ictimai yerdə səs küy salmasınaı eşidən polis əməkdaşları onların yanına yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşdıqdan sonra özlərini təqdim edərək onları nizamintizama dəvət etmişdir. Daha sonra onları aparıb Daşkəsən Rayon Polis Şöbəsinə təhvil vermişlər. Hazırda etdiyi əməldən peşiman olduğunu bir daha bu cür hərəkətə yol verməyəcəyini bildirmişdir. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, günorta saatlarında Elgün Pirverdiyev və Amin Əzizli ilə birlikdə xidmətdə olan zaman Daşkəsən şəhəri ərazisində xidmətdə olarkən Şəxs ilə X3 birbirlərinə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər. Özlərini təqdim etdikdən sonra Qurbanov Turall və Şəxs nizam intizama dəvət edərək ictimai yerdə söyüş söyməmələrini onlara izah etsələr də onlar yenə də öz əməllərinə davam etmişlər. Həmin vaxt X1 içki qəbul etdiyin bildirmişdir. Daha sonra onları polis şöbəsinə aparmıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Elgün Pirverdiyev və Afiq Bəylərov ilə birlikdə xidmətdə olan zaman X5 ilə Şəxs bir-birlərinə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər. Özlərini təqdim etdikdən sonra Qurbanov Tural və Şəxs nizam intizama dəvət edərək ictimai yerdə söyüş söyməmələrini onlara izah etsələr də onlar yenə də öz əməllərinə davam etmişlər. Həmin vaxt X1 içkidə qəbul etdiyin bildirmişdir. Daha sonra onları polis şöbəsinə aparmıb növbətçi hissəyə təhvil vermişlər. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X9 haqqında protokoldan görünür ki, Əsədov X6 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdə saat 15:40-da inzibati qaydada tutulmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 510.1-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Əsədov X6 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X9 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4 (dörd) gün müddətə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarix saat 15:40-dan hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-77/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-77/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver