Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-78/2026 02.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X12 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi, ev 5, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:10 radələrində Daşkəsən şəhərində ictimai yerdə X6 ilə bir-birlərinə uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X3 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətanı törətməsini qismən etiraf edərək izahatında göstərmişdir ki, həmin gün o, tanışları Elvin və Paşa ilə “Araz” marketin üstündə yerləşən kafedə yemək yeyib sipirtli içkidə qəbul etdikdən sonra Elvin və Paşanın kirayə yaşadığı “Araz” marketin olduğu yerdən biraz aralıda yerləşən həyət evlərinin qarşısında getmişlər. Bu zaman X6 onların yanına yaxınlaşmışdır. O, Ömərlə salamlaşdıqdan sonra ona onların yanından getməsini bildirmişdir. Ömər isə inad edərək getməmişdir. Bir neçə dəfə getməsini bildirsədə o, getməyərək ona borclu olan şəxsdən borcunu almaq üçün gəldiyini bildirmişdir. Ömər ona qarşı söyüşlər işlətmişdir. Aralarında mübahisə yaranmışdır. Ömər onu söydüyünə görə o, Ömərə “küçük”, “it balası” kimi sözlər işlətmişdir, lakin söyüş işlətməmişdir. Həmin vaxt anası ilə bacısı da orada olmuşdur. O, tanışları ilə həmin yerdən uzaqlaşıb getmək istəyən zaman Ömər onun arxasıca gələrək yenidən yolun kənar hissəsində onunla mübahisə edərək ona qarşı nalayiq ifadələr işlətmişdir. Anası və bacısı da orada olduğu üçün qeyri-etik ifadə işlətməmişdir. Həmin vaxt yaxınlıqda azyaşlı uşaqlar olmuşdur. Ömər ona qarşı nalayiq ifadələr işlətməyə tavam etdiyi üçün sonda məcbur olub ona qarşı nalayiq ifadələr işlətmişdir. Bundan sonra həmin ərazidə olan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onları nizam-intizama dəvət etmişdir. Daha sonra onları aparıb Daşkəsən Rayon Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmədən barəsində qanuni qərar qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Elgün Pirverdiyev və Amin Əzizli ilə birlikdə xidmətdə olan zaman günorta saatlarında Daşkəsən şəhəri “Oba” market yaxınlığında uca səslə söyüş söyüldüyünü eşitmişdir. Onlar səs gələn əraziyə getmişlər. Həmin ərazidə Şəxs ilə X4 birbirlərinə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər. Həmin vaxt yaxınlıqda azyaşlı uşaqlar olmuşdur. Özlərini təqdim etdikdən sonra Şəxsl və Ömər Əsədovu nizam intizama dəvət edərək ictimai yerdə söyüş söyməmələrini onlara izah etsələr də onlar yenədə öz əməllərinə davam etmişlər. Həmin vaxt Şəxs sipirtli içkidə qəbul etdiyin bildirmişdir.Daha sonra onları polis şöbəsinə aparmıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə, günorta saatlarında Elgün Pirverdiyev və Afiq Bəylərov ilə birlikdə xidmətdə olan zaman, tanıdığı bir şəxs onun mobil telefonuna zəng edərək iki nəfər şəxsin küçədə bir birini söydüyünü demişdir. Onlar deyilən əraziyə getmişlər. Həmin ərazidə Şəxs ilə X4 bir-birlərinə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduqlarını görmüşlər. Özlərini təqdim etdikdən sonra Şəxs və Ömər Əsədovu nizam intizama dəvət edərək ictimai yerdə söyüş söyməmələrini onlara izah etsələr də onlar yenədə öz əməllərinə davam etmişlər. Həmin vaxt Şəxs sipirtli içkidə qəbul etdiyin bildirmişdir. Daha sonra onları polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X8 haqqında protokoldan görünür ki, Qurbanov X2 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixdə saat 15:40da inzibati qaydada tutulmuşdur. Protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib məhkəmə hesab edir ki, düzgün olaraq Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 510.1-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Qurbanov X2 Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə ictimai yerdə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. Belə ki, Şəxs əvvəllər də İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(030)-85/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-209/2024 saylı, xx.xx.2024-cü il tarixli 3(030)-220/2024 saylı, xx.xx.2025-ci il tarixli 3(030)-209/2024 saylı, xx.xx.2025-ci il tarixli 3(030)-150/2025 saylı və son dəfə xx.xx.2026-cı il tarixli 3(5-118)- 54/2026 saylı qərarı ilə beş gün müddətində inzibati qaydada həbs olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X8 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7 (yeddi) gün müddətə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarix saat 15:40-dan hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-78/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-78/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver