Azərbaycan Respublikası adından QƏRAR Daşkəsən rayonu İş № 3(5-118)-90/2026 19.03.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X10 Hafiz oğlunun sədrliyi, X1 iclas katibliyi, protokol tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi, X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə axşam saat 18:20 radələrində Daşkəsən rayon Quşçu kəndi ərazisində ictimai yerdə uca səslə söyüşlər söyərək xırda xuliqanlıq hərəkətləri etməsinə dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı inzibati xəta haqqında protokol, hadisə yerinə getmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasına dair Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə MN ******* saylı protokol Daşkəsən RPŞdə tərtib olunaraq Daşkəsən Rayon Məhkəməsinə göndərilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə MN ******* saylı protokol üzrə 3(5-118)-91/2026 saylı inzibati iş, MN ******* saylı protokol üzrə 3(5-118)- 90/2026 saylı inzibati iş bir icraatda birləşdirilərək 3(5-118)-90/2026 sayla baxışa təyin edilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Daşkəsən RPŞ-nin İTB-nin polis sahə rəisi X5 protokolun məzmununa uyğun izahat verərək, məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən inzibati xətaları törətməsini etiraf edərək izahatında göstərmişdir ki, Daşkəsən Rayon Quşçu kəndində yaşayır, xx.xx.2026-cı il tarixdə axşam saat 18.00dan bir qədər sonra Daşkəsən Rayon Quşçu kəndinin mərkəzində ona pul borcu olan şəxslə telefonla danışan zaman aralarında mübahisə yaranmışdır. Əsəbi olduğu üçün uca səslə ünvansız söyüşlər söymüşdür. Bu zaman ona yaxınlaşan polis əməkdaşları belə hərəkətlərin qanunsuz olduğunu ona bildirmiş və hərəkətlərə son qoymağı tələb etmişlər. Lakin, o, polislərin bu tələblərinə əməl etməmişdir. Hazırda etdiyi əməldən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X2 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Daşkəsən rayonu Quşçu kəndində xidmətdə olarkən sonradan adı ona məlum olan Şəxs ictimai yerdə telefonla danışarkən uca səslə söyüşlər söymüşdür. Həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etdikdə o öz əməllərinə davam edərək onların qanuni tələblərinə tabe olmamışdır. Sonra onu gətirərək Daşkəsən rayon polis şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı X3 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə Daşkəsən rayonu Quşçu kəndində xidmətdə olarkən Şəxs ictimai yerdə telefonla danışarkən uca səslə söyüşlər söydüyünü gğrmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq nizam-intizama dəvət etdikdə o öz əməllərinə davam edərək onların qanuni tələblərinə tabe olmamışdır. Sonra onu gətirərək Daşkəsən rayon polis şöbəsinə təhvil vermişlər. İşə əlavə olunmuş Daşkəsən RPŞ-nın X9 haqqında prokoldan görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, xx.xx.2026-cı il tarixdə saat 21:01-də inzibati qaydada tutulmuşdur. Məhkəmə protokol tərtib edən şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, düzgün olaraq Şəxs əməli İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, “Polis haqqında” Qanun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək hüquqları vardır. Bu hüquqların həyata keçirilməsinə mane olmaq, polisin qanuni tələblərinə əməl etməmək qanunvericilkdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar və inzibati məsuliyyətdən azadetmə üçün əsaslar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xətalara görə tərtib edilmiş protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların baxılması eyni orqanın (məhkəmənin) səlahiyyətlərinə aiddir. Buna görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməklə ona İnzibati Xətalar Məcəlləsinin daha ciddi hesab edilən 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Belə ki, sübutlarla təsdiqini tapır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2026-cı il tarixdə, saat 18:20 radələrində Daşkəsən rayonu Quşçu kəndi ərazisində, ictimai yer sayılan küçədə ucadan nalayiq ifadələr işlədərək, yəni, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, həmçinin qanunvericiliklə müəyyən edilən davranış qaydalarına zidd hərəkətlər edərək ictimai qaydanı pozmuş, bununla da xırda xuliqanlıq hərəkətinə yol vermiş və nəticədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa o, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamamışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və işin sair hallarını nəzərə alaraq hesab edir ki, həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədləri baxımından zəruri hesab olunmalı və onun barəsində inzibati həbs tənbeh növü seçilməlidir. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X9 müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 381-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab edilən 535.1-ci maddənin sanksiyası çərçivəsində tənbeh edilərək 20 (iyirmi) gün müddətə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən saat 21:01-dən hesablansın. Qərаrın icrаsı Daşkəsən Rayon Polis Şöbəsinə həvаlə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №3(5-118)-90/2026
Daşkəsən Rayon Məhkəməsi Qərar — İş №3(5-118)-90/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver