Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-1/2026 23.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(064)-941/2024 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmuru X1 qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən: Füzuli RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(064)-941/2024 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 1200 manat məbləğində pul tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu Şəxs bugünə qalıq borcu 750 manat təşkil edir. İcra sənədi üzrə 10 fevral 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək məhkəməyə, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçü borclu Şəxs yaşadığı ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə borcunun ödənilməsi barədə borclu Şəxs şöbəyə dəvət olunmuş və borcun ödənilməsi ondan tələb olunmasına, ona rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək çağırışlarına gəlməmiş və icra sənədi üzrə olan borcunu tələbkarın xeyrinə ödəməmişdir. Bu səbəbdən də icra sənədi üzrə olan borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Həmin icra sənədinin icra edilməməsi, icra məmurunun çağırışlarına gəlmədiyi üçün iş üzrə borclu Şəxs barəsində 20 may 2025-ci il tarixdə inzibati protokol tərtib ounaraq məhkəməyə təqdim edilmiş, Füzuli Rayon Məhkəməsinin 30 may 2025- ci il tarixli qərarı ilə borclu barəsində 500 manat miqdarında inzibati cərimə təyin edilmişdir. Həmin icra sənədi də Füzuli rayon icra və Probasiya Şöbəsinin icratında və icra olunmamış qalmışdır. Sonradan borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar onun tərəfindən telefon vasitəsi ilə şöbəyə dəvət edilmiş lakin icra nəmurunun çağırışlarına gəlmədiyi və onun yaşadığı yer məlum olmadığından onun barəsində 10 sentyabr 2025-ci tarixdə axtarış qərarı verilmiş və 05 yanvar 2026-cı il tarixdə Füzuli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclu Şəxs alınmış izahatda o, qalıq 750 manat pul borcundan hazırda heç bir məbləğ ödəyə bilməyəcəyini, yaxın 15 gün müddətində borcunu tam bağlayacağını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - icra sənədi üzrə borclu izahat verərək bildirdi ki, hazırda heç bir yerdə işləmir. Bu yaxınlarda işə düzələcək və o halda borcunu ödəyə bilər. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan: -Füzuli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(064)-941/2024 saylı icra vərəqəsi əsasında müəyyən edilir ki, Şəxs 1200 manat pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. -Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı əsasında müəyyən edilir ki, icra vərəqəsi üzrə icraata başlanılıb və borclu icraata başlama haqqında qərarla tanış olub. -Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı 1200 manat qalıq borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. -Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada təkrarən xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(064)-47/2025 saylı qərardadı ilə borclu barəsində məcburi gətirilmə tətbiq edilməsi qərara alınmışdır. -Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(064)-336/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. -Füzuli Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Füzuli RPŞ tərəfindən xx.xx.2025-ci il tarixdə 760237 saylı axtarış işi açılmışdır. -Füzuli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2026-cı il tarixli rəsmi xəbərdarlığından görünür ki, borclu tələbkara qarşı 1200 manat qalıq borcunun ödənilməsi ilə bağlı rəsmi qaydada təkrarən xəbərdar olunmuş və borclu xəbərdarlığın surətini almışdır. - Borclunun xx.xx.2026-cı il tarixli izahatı əsasında müəyyən edilir ki, o, qalıq 750 manat pul borcundan hazırda heç bir məbləğ ödəyə bilməyəcəyini, yaxın 15 gün müddətində borcunu tam bağlayacağını bildirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə borclunun Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləki, borclu icra sənədi üzrə borcunu qismən də olsa, ödəməyə maddi imkanı olduğu halda ödəməmiş, beləliklə də, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Bu barədə məhkəmə tərəfindən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bununla yanaşı İXM-in inzibati tənbehin məqsədlərindən bəhs edən 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Odur ki, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, ödənilməmiş borcun məbləğini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, davranışını və işin sair digər hallarını nəzərə alaraq icra sənədi üzrə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 528.1-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-119)-1/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-1/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver