Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-16/2026 16.01.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı daxil olmuş inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC istifadəsində olan “SANY SYG5341THB 470C-10 xüsusi təyinatlı” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 00:19-da Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqan olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müvafiq sorğunun daxil olduğu tarixdən 5 gün müddətində verməmişdir. Buna görə də Yasamal rayon DYPŞ tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, gəlməmiş, məhkəməyə bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-in 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslərin üç yüz manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli LM 7xx-xx-2024 nömrəli daxili maliyyə lizinq müqaviləsinə əlavə və dəyişikliyin edilməsi haqqında razılaşmanın surətindən görünür ki, “Sany” markalı avtomobili lizinq verən "xxxx" QSC lizinq alan Şəxs MMC-yə 36 ay müddətinə 448100 manata vermişdir. Bakı şəhəri Yasamal rayon Polis İdarəsi məktubla "xxxx" QSC-yə müraciət edərək, mülkiyyətində olan “SANY SYG5341THB 470C-10 xüsusi təyinatlı” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 00:19-da Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı 5 gün müddətində göndərməsini xahiş etmiş, əks halda Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarında olan xəbərnaməyə əsasən həmin məktub poçt orqanı tərəfindən Şəxs MMC-nin müvafiq işçisinə imza etdirilməklə təqdim edilsə də, Şəxs MMC müvafiq məlumatı Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərməmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yaranmışdır. Buna görə də Şəxs MMC həmin inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs MMC-nin əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsində göstərilən halları nəzərə alaraq, göstərlənlərə əsasən hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 347-ci maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №3(5-119)-16/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-16/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver