Məhkəmə qərarları › İş №3(5-119)-171/2026

Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-171/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-171/2026 17.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1973-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 17 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Əliyev X3 Rayon Məhkəməsi tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli 2(064)- 1447/2025 nömrəli icra sənədinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin böyük icra məmuru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 17 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X2 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2(064)-1447/2025 saylı icra sənədinə əsasən xx.xx.2010-cü il təvəllüdlü Sürəyya, xx.xx.2012-ci il təvəllüdlü Sakit və xx.xx.2016cı il təvəllüdlü Xanım adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün 15 may 2025-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşaq üçün 120 manat olmaqla, ümumilikdə hər ay 360 manat manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu Şəxs bugünə tələbkara 2240 manat aliment borcu vardır. İcra sənədi üzrə 01 iyul 2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərar məhkəməyə və tələbkara, qərar və tələbin könüllü icrası haqqında bildiriş icra olunması üçün borclu Şəxs yaşadığı ünvana göndərilmiş, sonradan isə ona rəsmən təqdim edilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi barədə borclu Şəxs şöbəyə dəvət olunmuş və yığılmış aliment borcun ödənilinəsi ondan tələb olunmasına, ona rəsmi SMS və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, qanuni tələbləri yerinə yetirməyərək icra məmurunun qanuni çağırışlarına gəlməmiş və icra sənədi üzrə olan aliment borcunu tələbkarın xeyrinə ödəməmişdir. Bu səbəbdən də icra sənədi üzrə olan alime borcunu ödətdirmək mümkün olmamış, icra sənədi icrasız qalmışdır. Bu isə tələbkarın narazılığına və şikayətlərinə səbəb olmuşdur. Adı çəkilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun çağırışlarına gəlmədiyinə, icra sənədi üzrə tələbi yerinə yetirmədiyinə və onun yeri məlum olmadığından iş üzrə borclu Şəxs barəsində 25 noyabr 2025-ci il tarixdə axtarış qərarı verilmiş, 10 dekabr 2025-ci il tarixdə axtarış işi açılmış və 17 fevral 2026-cı il tarixdə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilərək Füzuli rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu tərəfindən sonuncu dəfə 2025-ci ilin iyul ayında aliment ödənilmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Qalıq 2240 manat aliment borcundan hazırda 200 manatını ödəyə bildiyini, qalan borcu isə 10 gün müddətində ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında 17 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİPŞ-nin böyük icra məmuru X1 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini 10 gün ərzində tam icra etməsi barədə bildiriş göndərilsə də, sonuncunun həmin icra sənədi üzrə 2240 manat borcundan ödəniş etməməklə icra məmurunun müvafiq qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Həmçinin iş materialları əsasında müəyyən olunur ki, Şəxs barəsində 25 noyabr 2025-ci il tarixdə axtarış qərarı verilmiş, 10 dekabr 2025-ci il tarixdə axtarış işi açılmış və 17 fevral 2026-cı il tarixdə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gətirilərək Füzuli rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: - məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. - Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə səmimi peşmançılığından ibarət məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi zəruridir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən, saat 13:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar