Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-203/2026 26.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlu katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan– Füzuli Rayon Polis Şöbəsinin YPX-nin xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.2008-ci il tarixdə Füzuli rayonu, Horadiz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsindən daxil olmuş 20 fevral 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında qərar və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalar ilə bağlı tərtib edilən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə toplanmış materiallar ilə birlikdə Füzuli Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 20:30-da Füzuli rayonu ərazisində “VAZ 21063 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Füzuli Rayon Polis Şöbəsinin YPX-nin xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən dayandırılmış, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin marixuana adlı psixotrop maddədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi müəyyən edilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş Füzuli Rayon Polis Şöbəsinin YPX-nin xidməti inspektoru, polis baş serjantı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 20:30-da Füzuli rayonu ərazisində “VAZ 21063 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun tərəfindən dayandırılmış, tibbi müayinə zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin marixuana adlı psixotrop maddədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək təqsirini etiraf edərək bildirdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Buna baxmayaraq avtomobili idarə etmişdir. xx.xx.2026-cı il tarixdə, saat 20:30-da Füzuli rayonu ərazisində “VAZ 21063 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Füzuli Rayon Polis Şöbəsinin YPX-nin xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən dayandırılmışdır. Nəqliyyat vasitəsi polis şöbəsinin duracağına aparıldıqdan sonra polis əməkdaşı tərəfindən yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı və nəqliyyat vasitəsini psixotrop maddədən istifadə etmiş halda idarə etdiyi müəyyən edilmişdir. O, həmçinin bildirdi ki, narkotik vasitəsini təxminən 10 günə yaxındır ki, istifadə etmir, onu Bakı şəhərindən tanımadığı şəxsdən əldə etmişdir. Həmçinin sözügedən əməli ilk dəfə törətmişdir. Əməlindən səmimi peşimandır. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etiraf edici izahatı, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 fevral 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026cı il tarixdə, saat 20:30-da Füzuli rayonu ərazisində “VAZ 21063 minik” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılmış, həmin vaxt onun sürücülük hüququnun olmaması və tibbi müayinə zamanı psixotrop maddədən istifadə etməsi müəyyən edilmişdir. İş materiallarında olan Şəxs Füzuli Rayon Polis Şöbəsində yazdığı izahatından və testin nəticəsindən görünür ki, o, marixuana qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 9.1-ci maddəsində deylir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinin tələbinə görə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1- 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 333-1.1-ci maddəsinin Qeydinə əsasən xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya güclü təsir edən digər maddələrin qəbulunu göstərdiyi halda şəxsin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, həmçinin sözügedən inzibati xətanı ilk dəfə törətməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 18 yaşını yeni tamam etmişdir. Bu, onun formal olaraq yetkinlik yaşına çatsa da, sosial və psixoloji baxımdan hələ formalaşma mərhələsində olduğunu göstərir. 18 yaşın yeni tamam edilməsi, həyat təcrübəsinin azlığı və sosial yetkinliyin tam formalaşmaması da məhkəmə tərəfindən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilə bilər. Ona görə də cərimə növündə inzibati tənbeh tədbiri ona tərbiyəvi təsir göstərə bilər, gələcəkdə hüquq pozuntularının qarşısını ala bilər. Həbs növündə inzibati tənbeh tədbirinin təyin edilməsi isə hazırkı situasiyada inzibati tənbehin məqsədlərinə uyğun hesab edilmir. Bu səbəbdən sanksiyada nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh növü – cərimə təyin edilməsi məqsədəuyğun hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların aşkar edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 30-34, 106-115 və 334-1.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-119)-203/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-203/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver