Məhkəmə qərarları › İş №3(5-119)-232/2026

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(5-119)-232/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(5-119)-232/2026 02.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq, müəyyən etdim: İş üzrə toplanmış materialları araşdıraraq məhkəmə hesab edir ki, tərtib olunmuş protokol və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar,o cümlədən Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 53-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106,109-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. Bu inzibati xəta haqqında iş Füzuli Rayon Məhkəməsinin hakiminin icraatında olan şəxs barəsində 3(5-119)-231/2026 saylı inzibati xəta haqqında işə birlikdə baxılması üçün həmin işlə bir icraatda birləşdirilsin. Bu işə şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə olan inzibati xəta haqqında işlə eyni vaxtda baxılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsin. İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar