Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 3(5-119)-233/2026 13.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Füzuli rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü madəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında gəlməmiş, Füzuli rayon polis şöbəsi tərəfindən məhkəməyə ərizə ünvanlayaraq İnzibati protokolun və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, protokol və ona əlavə edlimiş sənətlərin geri qaytarılması konüllü iradəsini ifadə edir, bu hal qanunvericiliyin tələblərinə zidd deyil və protokolun geri götürülməsi qəbul edilə bilər. Şərh edilənlərə əsasən, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Füzuli RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-119)-233/2026
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №3(5-119)-233/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver