Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-235/2026 04.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlu katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 4 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materiallarına Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Füzuli Rayon Məhkəməsi tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli e-16(064)- 25/2025 və xx.xx.2025-ci il tarixli e-2(064)-1601/2025 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar Füzuli RİPŞ-nin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş 4 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icraat materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Füzuli RİPŞ-nin icra məmuru X3 verdiyi izahatında bildirmişdir ki, Füzuli Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli e-16(064)-25/2025 saylı icra sənədinə əsasən məhkəmə aktı qanuni qüvvəsini alanadək 13 may 2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının, 050 misli (400* 0,50=200 manat) həddində sabit pul aliment tutulmalıdır. Bundan başqa Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)- 1601/2025 saylı qətnaməsi üzrə xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 13 may 2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqının 050 misli (400* 0,50=200 manat) həddində sabit pul aliment tutulmalıdır. İcra sənədləri icraata qəbul edilmiş icraata başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs yaşayış yeri məlum olmamış, onun barəsində xx.xx.2026-cı il tarixdə axtarış qərarı qəbul edilərək Füzuli rayon Polis Şöbəsinə göndərilimiş, barəsində xx.xx.2026-cı il tarixdə 760314 saylı axtarış işi açılmış, xx.xx.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən Füzuli rayon İcra və Probasiya Şöbəsinə gətirilib təhvil verilmişdir. Borclu Şəxs icra sənədləri üzrə tələbkar Zərərçəkmiş şəxs qızma cəmi 3200 manat ödənilməmiş aliment borcu vardır. İcra sənədlərinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, icra sənədlərinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, maddi imkanının zəif olması səbəbindən aliment ödəməmişdir. O, bildirmişdir ki, hazırda yalnız 500 manat məbləğində ödəniş etmək imkanı vardır. Belə ki, kirayə mənzildə yaşaması və bununla əlaqədar gündəlik yaşayış xərclərinin mövcud olması səbəbindən qeyd olunan məbləğdən artıq ödəniş etməsi mümkün deyildir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli e-16(064)-25/2025 saylı icra sənədinə əsasən məhkəmə aktı qanuni qüvvəsini alanadək 13 may 2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının, 050 misli (400* 0,50=200 manat) həddində sabit pul aliment tutulmalıdır. - Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)-1601/2025 saylı qətnaməsi üzrə xx.xx.2025-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 13 may 2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqının 050 misli (400* 0,50=200 manat) həddində sabit pul aliment tutulmalıdır. - xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-16(064)-25/2025 saylı icra sənədi üzrə icraata başlanmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Füzuli Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-16(064)-25/2025 saylı icra sənədini könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-1601/2025 saylı icra sənədi üzrə icraata başlanmışdır. - xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(064)-1601/2025 saylı icra sənədini könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2026-cı il tarixli axtarış qərarından müəyyən olunur ki, Şəxs barəsində axtarış verilərək Füzuli rayon Polis Şöbəsinə göndərilimişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Füzuli Rayon Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, e-16(064)-25/2025 saylı icra sənədinə əsasən məhkəmə aktı qanuni qüvvəsini alanadək 13 may 2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 -ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının, 050 misli (400* 0,50=200 manat) həddində sabit pul aliment tutulmalıdır. Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(064)-1601/2025 saylı qətnaməsi üzrə xx.xx.2025ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 13 may 2020-ci il təvəllüdlü X4 və xx.xx.2021 ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş miniumum əmək haqqının 050 misli (400* 0,50=200 manat) həddində sabit pul aliment tutulmalıdır. Qeyd edilən icra sənədləri üzrə xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə icraata başlama barədə qərarlar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu tərəfindən həmin icra sənədləri üzrə icra məmurunun müvafiq qanuni tələbləri yerinə yetirilməmiş, aliment öhdəliyi üzrə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati hüquq nəzəriyyəsində məhkəmə qətnaməsini, hökmünü, qərarını və yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərini üzrsüz səbəbdən icra etməmə onda ehtiva olunur ki, təqsirkar şəxsə yazılı şəkildə məhkəmə qərarının icra edilməsi barədə xəbərdarlıq edilmiş olsun, həmin xəbərdarlıqdan və icra məmurlarının qanuni tələblərindən təqsirkar şəxsin məlumatı olsun və hər hansı üzrlü səbəb göstərmədən həmin hərəkətlərini davam etdirmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli plenum qərarında göstərilmişdir ki, “...məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir...”. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi ilə müəyyən etmək olar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 4 mart 2026-cı il tarixdən, saat 16:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 4 mart 2026-cı il tarixdən, saat 16:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Füzuli Rayon Polis Şöbəsinə və Beyləqan Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-119)-235/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-235/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver