Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-291/2026 13.03.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Füzuli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icrAAt aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonu, Afşar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya şöbəsindən (bundan sonra – Füzuli RİP) daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərdən ibarət inzibati xəta haqqında icrAAt materiallarına Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Rüstəmov X3 Rayon Məhkəməsinin 2(038)-105/2025 saylı, 12 fevral 2025 saylı qətnaməsi əsasında həmin məhkəmə tərəfindən verilmiş icra sənədindəki tələbi Füzuli RİPŞ-nin icra məmuru X6 tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Füzuli RİPŞ-nin icra məmuru X6 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol toplanmış digər sənədlərdən ibarət inzibati xəta haqqında icrAAt materialları ilə birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(038)-105/2025 saylı icra sənədinə əsasən tərəflərin birgə nigahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatnadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, borclu Şəxs sonrakı artımalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının, 045 misli (400* 0,45=180 manat) hər ay hər uşaq üçün olmaqla, cəmi 360 manat aliment aliment pulu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi icrAAta qəbul edilmiş icrAAta başlamaq haqqında qərar məhkəməyə və tələbkara göndərilmiş, qərar və tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmən təqdim edilmişdir.Borclu Şəxs icra sənədi üzrə tələbkar X1 hesabına bu günədək 3542 manat aliment pulu ödəmiş, hazırda 1498 (min dörd yüz doxsan səkkiz) manat ödənilməmiş aliment borcu vardır.İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs alınmış izahatda o, aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də, icra sənədinə əsasən yaranmış aliment borcunu ödətdirmək mümkün olmamış, aliment borcunun ödənilməməsi tələbkarın şikayət etməsinə səbəb olmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Füzuli RİP-nin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq izahatında göstərmişdir ki, borclu borcunu hissə-hissə ödəmək üçün bir neçə dəfə şöbəyə gələrək icra sənədi üzrə borcunu tələbkara yalnız hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Hazırda tələbkar da şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icrAAt aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, hazırki iş üzrə əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranmasını mübahisələndirmir. İcra vərəqəsi üzrə 1498 manat pul borcunun tələbkar xeyrinə ödənilməsi üçün Füzuli RİPŞ-nə çağırılmış, ona rəsmi xəbərdarlıq edilmiş və borcun ödənilməsi ondan tələb edilmişdir. O, borcunu tam şəkildə ödəyə bilmir. Eyni zamanda qeyd etmişdir ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icrAAta xitam verilmişdir. Həmin vaxtdan sonra o, icra sənədi üzrə borcundan xx.xx.2025-ci ildə 150 manat (gün ərzində 50 manat olmaqla 3 dəfə ödəniş edib), xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 100 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 60 manat, xx.xx.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), xx.xx.2025-ci ildə 160 manat (gün ərzində 100 və 60 manat olmaqla 2 dəfə ödəniş edib), xx.xx.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), xx.xx.2026-cı ildə 100 manat, xx.xx.2026-cı ildə 50 manat, xx.xx.2026-cı ildə 100 manat, xx.xx.2026-cı ildə 50 manat, xx.xx.2026-cı ildə 50 manat, xx.xx.2026-cı ildə 150 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) ödəniş etmişdir. Hazırda heç bir yerdə işləmir və fəhləliklə məşğul olur, qazanc əldə edən kimi ay ərzində bir neçə dəfə icra sənədi üzrə aliment borcunu tələbkarın kart hesabına köçürür. Bəzi dövrlərdə onun səhhətində yaranmış problemlərlə əlaqədar olaraq əmək fəaliyyəti ilə tam həcmdə məşğul ola bilməmiş, bu səbəbdən də həmin dövrlərdə aliment üzrə ödənişləri daha az məbləğdə həyata keçirmişdir. Həmçinin ikinci dəfə nikaha daxil olmuş, həmin nikahdan da 1 yaşlı uşağı var. Onun da tələbatlarını ödəməlidir. Hazırda ümumi borcundan heç bir ödəniş edə bilməyəcəyini qeyd etmişdir. Əlavə olaraq o, bildirmişdir ki, ona bu ay ərizində vaxt verilsə ödəniş edəcək. Əməlindən səmimi peşmandır. Bunları nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin surətləri əsasında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və onu tərtib etmiş Füzuli RİP-nin X2 məhkəmə iclasında verdiyi izahatında göstərilmiş işin faktiki hallarının iş materiallarında eyni məzmunda öz əksini tapdığını (məhkəmə buna görə də həmin sənədlərin məzmununu təkrarlamağa zərurət görmür), xüsusilə də sonuncunun borclu Şəxs icra sənədini müvafiq olaraq 10 və 5 gün ərzində tam icra etməsi üçün şəxsən imza etdirilməklə yazılı qaydada xəbərdarlıq etsə də, sonuncunun icra məmurunun həmin qanuni tələblərini yerinə yetirmədiyini müəyyən edir. Beləliklə, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi əməli törətməsi: -məhkəmə iclasında özünün verdiyi etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. -Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərini yaratmışdır. Buna görə də Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İş materiallarında olan: İcra sənədi üzrə xx.xx.2025-ci il tarixdə qəbul edilmiş icrAAta başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, bir neçə dəfə yazılı xəbərdarlıqlar borclu Şəxs rəsmən təqdim edilmiş, lakin borclu icra sənədindəki tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. İş materialları ilə o da müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(064)-753/2025 saylı qərarı ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icrAAta xitam verildikdən sonra Şəxs icra sənədi üzrə borcundan xx.xx.2025-ci ildə 150 manat (gün ərzində 50 manat olmaqla 3 dəfə ödəniş edib), xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 100 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) xx.xx.2025-ci ildə 50 manat, xx.xx.2025-ci ildə 60 manat, xx.xx.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), xx.xx.2025-ci ildə 160 manat (gün ərzində 100 və 60 manat olmaqla 2 dəfə ödəniş edib), xx.xx.2025-ci ildə 200 manat (gün ərzində 100 manat olmaqla 2 dəfə ödəniş edib), xx.xx.2026-cı ildə 100 manat, xx.xx.2026-cı ildə 50 manat, xx.xx.2026-cı ildə 100 manat, xx.xx.2026-cı ildə 50 manat, xx.xx.2026-cı ildə 50 manat, xx.xx.2026-cı ildə 150 manat (gün ərzində 100 və 50 manat olmaqla 2 dəfə ödəniş edib) ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozaraq aliment öhdəliyini vaxtında və tam həcmdə yerinə yetirməmişdir. İş materiallarından görünür ki, həmin şəxs məhkəmə qərarı əsasında iki azyaşlı uşağın saxlanılması üçün aliment ödəməli olduğu halda, aliment ödənişlərini müəyyən edilmiş qaydada və tam məbləğdə həyata keçirməmiş, nəticədə aliment üzrə borc yaranmışdır. Şəxs hər ay müəyyən məbləğdə ödəniş etdiyini bildirsə də, bu ödənişlər məhkəmə qərarında nəzərdə tutulmuş aliment öhdəliyinin tam və vaxtında icra edilməsini təmin etməmişdir. Məhkəmə tərəfindən həmçinin nəzərə alınmışdır ki, barəsində protokol tərtib olunmuş şəxs təxminən 5–6 ay əvvəl də eyni inzibati xəta — aliment öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar məsuliyyətə cəlb olunmuş, həmin vaxt aliment üzrə müəyyən ödənişlər etməsi nəzərə alınaraq iş üzrə icrAAta xitam verilmişdir. Lakin buna baxmayaraq, həmin şəxs aliment öhdəliyini tam və vaxtında icra etməmiş və yenidən eyni xarakterli inzibati xətaya yol vermişdir. Şəxsin rəsmi iş yerinin olmaması və fəhləliklə məşğul olması, habelə ikinci nikahından azyaşlı uşağının olması onun aliment öhdəliyini yerinə yetirmək vəzifəsini aradan qaldırmır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə valideynlər öz uşaqlarını saxlamaq və onların maddi təminatını təmin etmək vəzifəsini daşıyırlar. Məhkəmə hesab edir ki, aliment öhdəliyinin uzun müddət ərzində tam həcmdə yerinə yetirilməməsi, əvvəl də eyni inzibati xətaya yol verilməsi və inzibati tənbeh tədbirlərinin preventiv məqsədləri nəzərə alınmaqla, həmin şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh növünü müəyyən edərkən iş üzrə bütün halları, o cümlədən inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, maddi vəziyyətini, ailə vəziyyətini və inzibati tənbehin məqsədlərini nəzərə almışdır. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs rəsmi iş yerinə malik olmasa da, gündəlik fəhləlik fəaliyyəti ilə məşğul olur, bununla müəyyən qazanc əldə edir və əldə etdiyi gəlir hesabına aliment öhdəliyini tam həcmdə olmasa da, hər ay hissə-hissə və bir neçə dəfə olmaqla icra etməyə çalışır. Məhkəmə tərəfindən həmçinin nəzərə alınmışdır ki, həmin şəxsin ikinci nikahdan azyaşlı – bir yaşına çatmamış uşağı da vardır və o, gündəlik əmək fəaliyyəti ilə məşğul olmaqla həm ailəsinin, həm də aliment öhdəliyi üzrə ödənişlərin müəyyən hissəsinin təmin edilməsinə çalışır. Məhkəmə həmçinin nəzərə alır ki, iş materiallarından görünür ki, həmin şəxs aliment öhdəliyinin icrasından qərəzli şəkildə və ya bilərəkdən yayınmağa yönəlmiş davranış nümayiş etdirməmişdir. Onun aliment üzrə ödənişləri tam həcmdə həyata keçirə bilməməsi əsasən rəsmi iş yerinin olmaması, gəlirlərinin qeyri-sabit xarakter daşıması ilə bağlı olmuşdur. Bundan əlavə, məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarından müəyyən edilir ki, bəzi dövrlərdə şəxsin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq əmək fəaliyyəti ilə tam həcmdə məşğul ola bilməmiş, bu səbəbdən də həmin dövrlərdə aliment üzrə ödənişləri daha az məbləğdə həyata keçirmişdir. Məhkəmə hesab edir ki, həmin şəxs barəsində inzibati həbs tənbehinin tətbiq edilməsi onun əmək fəaliyyəti ilə məşğul olmasını və gəlir əldə etməsini faktiki olaraq mümkünsüz edəcək, nəticədə aliment öhdəliyinin icrası daha da çətinləşəcəkdir. Bu isə aliment alan şəxslərin, xüsusilə azyaşlı uşaqların mənafelərinə uyğun olmaz. Bu səbəbdən məhkəmə hesab edir ki, inzibati tənbeh tədbirinin məqsədlərinə nail olmaq üçün barəsində inzibati həbs deyil, inzibati cərimə tətbiq edilməsi daha məqsədəuyğundur. Tətbiq olunan cərimə həm şəxsin qanun pozuntusuna hüquqi qiymət verilməsini təmin edir, həm də onun gələcəkdə aliment öhdəliyini daha məsuliyyətlə və vaxtında icra etməsinə yönəlmiş profilaktik təsir göstərir. Məhkəmə Şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın xarakteri, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün 528.1-ci maddəsi ilə onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi kifayətdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakteri, onun şəxsiyyətini, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, törətdiyi əməldən səmimi peşmanlıq keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alaraq hesab edir ki, həmin Məcəllənin 21-ci maddəsində göstərilmiş məqsədlərin təmin edilməsi üçün onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi zəruridir. Şərh olunanlara, Azərbaycan Respublikası İXM-in 40, 43, 114.1.1, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(5-119)-291/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-291/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver