Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-39/2026 11.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Şikayət verən şəxs İnak Abdurrahmanın iştirakı ilə, İnak Abdurrahmanın DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32825115 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnak Abdurrahman (bundan sonra – Şikayətçi) Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ32825115 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının torpaqları işğaldan azad olunduqdan sonra tikinti-quruculuq işlərində çalışmaq üçün buraya gəlmiş və hal-hazırda Zəngilan rayonu ərazisində "xxxx" MMC-də çalışır, Füzuli rayonu Horadiz qəsəbəsində yaşayır. "xxxx" MMC-in balansında olan **-YC-*** dövlət nömrə nişanlı GWM POER Minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün 12 iyul 2025-ci il tarixdən 17 dekabr 2025-ci il tarixədək verilən sonuncu etibarnamə ona məxsus olmuşdur, eyni zamanda yol polisi tərəfindən **-YC-*** dövlət nömrə nişanlı avtomobilin sürücülərindən sonuncu cərimə onun adına yazılmışdır. Bundan başqa X1 mülkiyyətində olan **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün verilən sonuncu etibarnamə də ona məxsus olmuşdur. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, onun idarə etmədiyi halda həmin avtomobillərə aid elektron qərarlar onun barəsində qəbul edilmiş və ona cərimə növündə tənbeh tətbiq edilmiş və sürücülük vəsiqəsinə bal hesablanmışdır. Belə ki, 13 dekabr 2025-ci il tarixli EQ 32615138 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi barəsində İXM-in 328.2-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Qərardan görünür ki, inzibati xəta 13 dekabr 2025-ci il saat 12:49:21-də Biləsuvar rayonu, Biləsuvar Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində törədilmişdir. Bundan başqa, 13 dekabr 2025-ci il tarixli EQ 32614697 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla **-YC-*** dövlət nömrə nişanlı GWM POER minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi barəsində İXM-in 327.1-1 -ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərardan görünür ki, inzibati xəta 13 dekabr 2025-ci il saat 12:49:32-də Bakı şəhəri, Atatürk prospekti ilə M.Araz küçələrinin kəsişməsində törədilmişdir. Yuxarıda qeyd olunan 13 dekabr 2025-ci il tarixli EQ 32615138 nömrəli və 13 dekabr 2025-ci il tarixli EQ 32614697 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan da göründüyü kimi fiziki olaraq O, eyni vaxtda həm Biləsuvar rayonu ərazisində 10 saniyə sonra isə Bakı şəhəri ərazisində avtomobil sürüb inzibati xəta hadisəni törətməyi mümkünsüzdür. Bildirir ki, 13 dekabr 2025-ci il saat 12:49:21-də Biləsuvar rayonu, Biləsuvar Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi yəni həmin vaxt avtomobili idarə edən qardaşı İnak Eyyup olmuşdur. 13 dekabr 2025-ci il saat 12:49:32-də Bakı şəhəri, Atatürk prospekti ilə M.Araz küçələrinin kəsişməsində **-YC-*** dövlət nömrə nişanlı GWM POER minik markalı nəqliyyat vasitəsininin istifadəçisi isə yəni həmin vaxt avtomobili idarə edən X3 olmuşdur. Hər iki inzibati xəta hadisəsi bas verən zaman mən Zəngilan rayonu ərazisində işdə olmuşdur. 22 dekabr 2025-ci il tarixli EQ 32806690 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla onun adına 100 manat inzibati cərimə yazılmış və sürücülük vəsiqəsində olan ballar 20 bal olduğundan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan görünür ki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə saat 15:13-də **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində baş vermişdir. Həmin vaxt inzibati xəta hadisəsini törədən yəni 90- DL-055 dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin mülkiyyətçisi X4 olmuşdur. Həmin vaxt o, Zəngilan rayonu ərazisində isdə olmuşdur. Kamera görüntülərinə baxmaqla həqiqətən də həmin vaxt avtomobili idarə edən avtomobilin mülkiyyətçisi X4 olduğunu görmək olar. Belə ki, X4 1968-ci il təvəllüdlü olmaqla xarici görünüş baxımından saqqalsız, o, isə 1992-ci il təvəllüdlü olmaqla xarici görünüş baxımından qara saçlı və qara saqqallıdır. Bundan sonra, X4 **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə edərək 22 dekabr 2025-ci il tarixdə Bakı şəhərindən Füzuli rayonuna gələrkən saat 13:39-da Astara-Ələt yolunun 94-cü km-də sürət həddini aşaraq İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə və avtomobilə sonuncu etibarnamə də onun adına olduğuna görə də sistem tərəfindən hesab olunmuşdur ki, avtomobili guya o, idarə edir və sürücülük hüququnun məhdudlaşdırılmasını nəzərə alaraq əslində 50 manat olan cərimə İXM-in 332.3-cü maddəsinin tələblərinə əsasən onun adına 400 manat olaraq yazılmışdır (22 dekabr 2025-ci il tarixli EQ ********). Əslində isə həmin vaxt o, Zəngilan rayonu ərazisində isdə olmuşdur. Qeyd edir ki, həmin qərarın özü də qanunsuz yazılmışdır. Belə ki, İXM-in 332.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Onun sürücülük hüququnun məhdudlaşması ilə bağlı olan 22 dekabr 2025-ci il tarixli EQ 32806690 nömrəli qərar həmin vaxt qüvvəyə minməmişdi, qərar cəmi 1 gün idi çıxarılmışdı. Azərbaycan Respublikasının İXM-in 122.2-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin məcəllənin 122.4-cü maddəsinə əsasən, inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57- 1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli EQ32825115 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İnak Abdurrahman şikayəti müdəfiə etdiyini bildirərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barəsində Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli EQ 32615138 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 13 dekabr 2025-ci il saat 12:49:21-də Biləsuvar rayonu, Biləsuvar Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 328.2-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli EQ 32614697 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 13 dekabr 2025-ci il saat 12:49:32-də Bakı şəhəri, Atatürk prospekti ilə M.Araz küçələrinin kəsişməsində **-YC-*** dövlət nömrə nişanlı GWM POER minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 327.1- 1 -ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli EQ 32806690 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:13-də Bakı şəhəri Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 327.1- 1 -ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli EQ32825115 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 22 dekabr 2025-ci il tarixdə saat 13:39-da Biləsuvar rayonu Biləsuvar-Bəhrantəpə yolunun 31.5-ci kilometrliyində Füzuli rayonu, Horadiz kəndi ərazisində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 328.2-ci maddəsi ilə 50 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsinin mülkiyətçisi X4 nəqliyyat vasitəsini idarə etmək üçün Ayhan Hasan adlı şəxsə etibar etmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixdək qüvvədədir. - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsinin mülkiyətçisi X4 nəqliyyat vasitəsini idarə etmək üçün İnak Abdurrahman adlı şəxsə etibar etmişdir. Etibarnamə xx.xx.2026-cı il tarixdək qüvvədədir. - X4 ərizəsində qeyd edir: “mülkiyyətində olan **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün tanışım İnak Abdurrahmana etibarnamə vermişəm. Həmin avtomobilə dair sonuncu etibarnamə İnak Abdurrahmana verilmişdir. Ona görə də həmin avtomobilə dair elektron qərarlar qanunverciliyə uyğun olaraq İnak Abdurrahmanın adma yazılır. 22 dekabr 2025-ci il tarixli EQ 32825115 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahmanın barəsində 400 ( dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Qərardan görünür ki, inzibati xəta xx.xx.2025- ci il tarixdə saat 13:39-da Astara-Ələt yolunun 94-cü km-də baş vermişdir. Bildirmək istəyirəm ki, həmin vaxt **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini faktiki mən idarə etmişəm və inzibati xətanı o, törətmişəm. Həmin vaxt X2 rayonunda iş yerində olmuşdur.” Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən İnak Abdurrahman tərəfindən İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnak Abdurrahman barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan İnak Abdurrahman barəsində xx.xx.2025-ci il tarixli, EQ32825115 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan müraciətdən, o cümlədən **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X1 ərizəsindən görünür ki, sözügedən nəqliyyat vasitəsi inzibati xəta törədilən zaman X1 istifadəsində olmuşdur. Həmçinin inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisəsininməhz şikayətçi tərəfindən törədilməsini sübut etməmişlər. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Yekunda isə qeyd olunan qərar İnak Abdurrahmanın cərimə edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İnak Abdurrahman barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, EQ 32825463 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32825115 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №3(5-119)-39/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-39/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver