Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 3(5-119)-40/2026 05.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İnak Abdurrahmanın DİN Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32825217 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İnak Abdurrahman (bundan sonra – Şikayətçi) Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32825217 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının torpaqları işğaldan azad olunduqdan sonra tikinti-quruculuq işlərində çalışmaq üçün buraya gəlmiş və hal-hazırda Zəngilan rayonu ərazisində "xxxx" MMC-də işləyir. "xxxx" MMC-in balansında olan **-YC-*** dövlət nömrə nişanlı GWM POER Minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün 12 iyul 2025-ci il tarixdən 17 dekabr 2025-ci il tarixədək verilən sonuncu etibarnamə ona məxsus olmuşdur. Eyni zamanda yol polisi tərəfindən **-YC-*** dövlət nömrə nişanlı avtomobilin sürücülərindən sonuncu cərimə onun adına yazılmışdır. Bundan başqa X1 mülkiyyətində olan **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün verilən sonuncu etibarnamə də ona məxsus olmuşdur. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, onun idarə etmədiyi halda həmin avtomobillərə aid elektron qərarlar onun barəsində qəbul edilmiş, ona cərimə növündə tənbeh tətbiq edilmiş və sürücülük vəsiqəsinə bal hesablanmışdır. 13 dekabr 2025-ci il tarixli EQ 32615138 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi barəsində İXM-in 328.2-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Qərardan görünür ki, inzibati xəta 13 dekabr 2025-ci il saat 12:49:21-də Biləsuvar rayonu, Biləsuvar Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində törədilmişdir. Bundan başqa, 13 dekabr 2025-ci il tarixli EQ 32614697 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla **-YC-*** dövlət nömrə nişanlı GWM POER minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi barəsində İXM-in 327.1-1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Həmin qərardan görünür ki, inzibati xəta 13 dekabr 2025ci il saat 12:49:32-də Bakı şəhəri, Atatürk prospekti ilə M.Araz küçələrinin kəsişməsində törədilmişdir. Yuxarıda qeyd olunan 13 dekabr 2025-ci il tarixli EQ 32615138 nömrəli və 13 dekabr 2025-ci il tarixli EQ 32614697 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlardan da göründüyü kimi fiziki olaraq o eyni vaxtda həm Biləsuvar rayonu ərazisində 10 saniyə sonra isə Bakı şəhəri ərazisində avtomobil sürüb inzibati xəta hadisəsi törətməyi mümkünsüzdür. Həmçinin qeyd edir ki, 13 dekabr 2025-ci il saat 12:49:21-də Biləsuvar rayonu, Biləsuvar Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi yəni həmin vaxt avtomobili idarə edən qardaşı İnak Eyyup olmuşdur. 13 dekabr 2025-ci il saat 12:49:32-də Bakı şəhəri, Atatürk prospekti ilə M.Araz küçələrinin kəsişməsində **-YC-*** dövlət nömrə nişanlı GWM POER minik markalı nəqliyyat vasitəsininin istifadəçisi isə yəni həmin vaxt avtomobili idarə edən X3 olmuşdur. Hər iki inzibati xəta hadisəsi bas verən zaman o Zəngilan rayonu ərazisində işdə olmuşdur. 22 dekabr 2025-ci il tarixli EQ 32806690 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla onun adına 100 manat inzibati cərimə yazılmış və sürücülük vəsiqəsində olan ballar 20 bal olduğundan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan görünür ki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə saat 15:13-də **- DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində baş vermişdir. Həmin vaxt inzibati xəta hadisəsini törədən yəni **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə edən sürücü avtomobilin mülkiyyətçisi X4 olmuşdur. Həmin vaxt o Zəngilan rayonu ərazisində işdə olmuşdur. Kamera görüntülərinə baxmaqla həqiqətən də həmin vaxt avtomobili idarə edən avtomobilin mülkiyyətçisi X4 olduğunu görmək olar. Belə ki, X4 1968-ci il təvəllüdlü olmaqla xarici görünüş baxımından saqqalsız, şikayətçi isə 1992-ci il təvəllüdlü olmaqla xarici görünüş baxımından qara saçlı və qara saqqallıdır. Bundan sonra, X4 **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə edərək 22 dekabr 2025-ci il tarixdə Bakı şəhərindən Füzuli rayonuna gələrkən saat 13:46-da Biləsuvar rayonu Xırmanlı kəndi ərazisində sürət həddini aşaraq İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə və avtomobilə sonuncu etibarnamə də İnak Abdurrahmanın adına olduğuna görə də sistem tərəfindən hesab olunmuşdur ki, avtomobili İnak Abdurrahman idarə edir və sürücülük hüququnun məhdudlaşdırılmasını nəzərə alaraq 10 manat olan cərimə İXM-in 332.3-cü maddəsinin tələblərinə əsasən İnak Abdurrahmanın adına 400 manat olaraq yazılmışdır. (22 dekabr 2025-ci il tarixli EQ ********). Həmin vaxt X2 rayonu ərazisində işdə olmuşdur. Hesab edir ki, həmin qərarın özü də qanunsuz yazılmışdır. Belə ki, İXM-in 332.3-cü maddəsinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. İnak Abdurrahmanın sürücülük hüququnun məhdudlaşması ilə bağlı olan 22 dekabr 2025-ci il tarixli EQ 32806690 nömrəli qərar həmin vaxt qüvvəyə minməmiş və qərar cəmi 1 gün idi çıxarılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli, EQ 32825217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş edir. İnak Abdurrahmana və inzibati qərar qəbul edən qurumun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli EQ 32615138 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 13 dekabr 2025-ci il saat 12:49:21-də Biləsuvar rayonu, Biləsuvar Bəhramtəpə yolunun Nərimankənd kəndi ərazisindən keçən hissəsində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 328.2-ci maddəsi ilə 50 (əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2025-ci il tarixli EQ 32614697 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 13 dekabr 2025-ci il saat 12:49:32-də Bakı şəhəri, Atatürk prospekti ilə M.Araz küçələrinin kəsişməsində **-YC-*** dövlət nömrə nişanlı GWM POER minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 327.1- 1 -ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli EQ 32806690 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:13-də Bakı şəhəri Füzuli və Səməd Vurğun küçələrinin kəsişməsində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 327.1- 1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli EQ 32825217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, 22 dekabr 2025-ci il tarixdə saat 13:46-da Biləsuvar rayonu Xırmanlı kəndi ərazisində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 328.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 22 dekabr 2025-ci il tarixli EQ/32825217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının portaldan çıxarışından görünür ki, 22 dekabr 2025-ci il tarixdə saat 13:46-da Biləsuvar rayonu Xırmanlı kəndi ərazisində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 332.3-cü maddəsi ilə 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsinin mülkiyətçisi X4 nəqliyyat vasitəsini idarə etmək üçün Ayhan Hasan adlı şəxsə etibar etmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixdək qüvvədədir. - Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsinin mülkiyətçisi X4 nəqliyyat vasitəsini idarə etmək üçün İnak Abdurrahman adlı şəxsə etibar etmişdir. Etibarnamə xx.xx.2026-cı il tarixdək qüvvədədir. - X1 ərizəsindən görünür ki, X4 mülkiyyətində olan **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün tanışı İnak Abdurrahmana etibarnamə vermiş və həmin avtomobilə dair sonuncu etibarnamə İnak Abdurrahmana verilmişdir. Ona görə də həmin avtomobilə dair elektron qərarlar qanunverciliyə uyğun olaraq İnak Abdurrahmanın adına yazılır. 22 dekabr 2025-ci il tarixli EQ 32825217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahmanın barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Qərardan görünür ki, inzibati xəta xx.xx.2025- ci il tarixdə saat 13:46-da Biləsuvar rayonu Xırmanlı kəndi ərazisində baş vermişdir. X4 bildirir ki, həmin vaxt **-DL- *** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsini faktiki o özü idarə etmiş və inzibati xətanı o törətmişdir. Həmin vaxt X2 rayonunda iş yerində olmuşdur. Odur ki, ərizəsinin nəzərə alınmasını xahiş edir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən İnak Abdurrahman İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş-yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə 10 manat məbləğində cərimə edilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnak Abdurrahman barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan İnak Abdurrahman barəsində xx.xx.2025-ci il tarixli, EQ 32825217 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmişdir. Həmçinin həmin tarixdə 22 dekabr 2025-ci il tarixli EQ/32825217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla 22 dekabr 2025-ci il tarixdə saat 13:46-da Biləsuvar rayonu Xırmanlı kəndi ərazisində **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsininin istifadəçisi kimi İnak Abdurrahman barəsində İXM-in 332.3cü maddəsi ilə 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan müraciətdən, o cümlədən **-DL-*** dövlət nömrə nişanlı Lexus GX470 minik markalı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan X1 ərizəsindən görünür ki, sözügedən nəqliyyat vasitəsi inzibati xəta törədilən zaman X1 istifadəsində olmuşdur. Həmçinin inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisəsinin məhz şikayətçi tərəfindən törədilməsini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Yekunda isə qeyd olunan qərar İnak Abdurrahmanın cərimə edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, İnak Abdurrahman barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən verilmiş xx.xx.2025-ci il tarixli, EQ 32825217 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32825217 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Füzuli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-119)-40/2026
Füzuli Rayon Məhkəməsi Qərar — İş №3(5-119)-40/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver