Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-15/2026 21.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Gədəbəy rayonun,Maarif kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, hazırda Gədəbəy rayonun, Maarif kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibat xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Gədəbəy rayonu, Maarif kəndində yerləşən, tam mülkiyyət hüququ ilə iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan ümumi sahəsi 3272 kv.m, torpaq sahəsinin ölçüsü 180.70 kv.m olan yaşayış evindən cavabdeh Şəxs istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsi qərara alınmışdır. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.Lakin borclu tələbi tam icra etməmişdir. Ona görə də onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Gədəbəy rayonu, Maarif kəndində yerləşən, tam mülkiyyət hüququ ilə iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan ümumi sahəsi 3272 kv.m, torpaq sahəsinin ölçüsü 180.70 kv.m olan yaşayış evindən istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsi qərara alınmışdır. O, məhkəməyə Zərərçəkmiş şəxs həmin əmlaka mülkiyyət hüququnun yaranmasına səbəb olan əqdlərin və sənədlərin etibarsız hesab edilməsi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmiş, onun iddia tələbi təmin edilmişdir. Qarşı tərəf həmin qərardan apaellyasiya şikayəti vermişdir və hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Ona görə barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Gədəbəy rayonu, Maarif kəndində yerləşən, tam mülkiyyət hüququ ilə iddiaçı Zərərçəkmiş şəxs mülkiyyətində olan ümumi sahəsi 3272 kv.m, torpaq sahəsinin ölçüsü 180.70 kv.m olan yaşayış evindən cavabdeh Şəxs istifadə hüququna 6000 manat kompensasiya ödənilməklə xitam verilməsi qərara alınmışdır. Hazırda borclu icra vərəqəsini icra etmir və icra məmurunun qanuni tələblərinə tabe olmur. Ona görə də, onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə Zərərçəkmiş şəxs həmin əmlaka mülkiyyət hüququnun yaranmasına səbəb olan əqdlərin və sənədlərin etibarsız hesab edilməsi ilə əlaqədar iddia ərizəsi ilə müraciət etmiş, onun iddia tələbi təmin edilmişdir. Qarşı tərəf həmin qərardan apaellyasiya şikayəti vermişdir və hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatındadır. Yəni, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, qərara aldı: İş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-15/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-15/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver