Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-16/2026 09.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, X1 iştirakı ilə X1 Gədəbəy Rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli TP ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə müraciət edərək Gədəbəy Rayon Polis X8 Polisi Bölməsinin xx.xx.2026-cı il tarixli TR ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4 izahat verərək bilirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Gədəbəy Rayon Polis X8 Polisi Bölməsinin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXMnin 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərarı əsassız və qanunsuz hesab edir.Belə ki, onun istifadəsində “Mercedes Benz C200” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. xx.xx.2026-cı il tarixdə saat 10:36 radələrində Gədəbəy şəhəri ərazisində, Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən şəhərin mərkəzində yerləşən dairədən keçmişdir. Həmin vaxt yolun kənarında üçbucaq zolağın yanında X9 məxsus avtomobil tam hərəkətsiz vəziyyətdə olmuş və yol hərəkətində iştirak etməmişdir. O, yol hərəkəti qaydalarına riayət edərək hərəkətini davam etdirmişdir.Mərkəzi dairəni keçdikdən sonra yol polisi əməkdaşları onun arxasınca gələrək işıq siqnalı və səs gücləndirici vasitəsilə avtomobili saxlamağı tələb etmişlər. Avtomobil saxlanıldıqdan sonra X9 məxsus avtomobili idarə edən X5 ona yaxınlaşaraq özünü təqdim etmədən mərkəzi dairədə hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədiyini iddia etmişdir. O, həmin iddia ilə bağlı video sübutun təqdim edilməsini tələb etsə də, hadisə yerində ona heç bir video görüntü təqdim edilməmiş, buna baxmayaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir.Protokol tərtib edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə zidd olaraq hüquq və vəzifələri ona izah edilməmişdir. Bundan əlavə, avtomobili saxlayan X3 üzərində səs və video yazan hər hansı texniki vasitə olmamış və həmin vasitələrdən istifadə edilməmişdir. Həmçinin onun və yanında olan, özünü Rufan kimi təqdim edən Gədəbəy RPŞ DYPB əməkdaşının üzərində fərqlənmə nişanı olmamışdır ki, bu da xidmət davranışı qaydalarının pozulmasıdır. Hadisə yerində ona mərkəzi dairədə hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədiyi bildirildiyi halda, sonradan Gədəbəy RPŞ-nin inzibati binasında ona təqdim edilən protokolda və video görüntüyə baxış zamanı guya yol polisi avtomobilinə yol vermədiyi iddia olunmuşdur. Həmçinin inzibati xəta hadisəsinin video görüntüsü xüsusi texniki vasitələrlə deyil, şəxsi video qeydiyyatçısı cihazı ilə çəkilməklə natamamdır və həmin video görüntüdən hər hansı inzibati xəta hadisəsinin baş verməsi görünmür. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol elektron hökumət portalına yerləşdirilsə də, inzibati xəta hadisəsinin baş verdiyi anı əks etdirən xüsusi texniki vasitələrlə aparılmış hər hansı video və ya fotogörüntü portala yüklənməmişdir.RPŞ-nin inzibati binasında sonradan ona göstərilən video görüntüdə isə dairədə hərəkətdə olan hər hansı nəqliyyat vasitəsinin mövcudluğu aydın şəkildə müəyyən edilmir və həmin görüntülər onun inzibati xəta törətməsini sübut etmir. Beləliklə, təqdim edilən video görüntü inzibati məsuliyyət üçün yetərli və mötəbər sübut hesab edilə bilməz. Ona görə də həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy RPŞ-ə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy Rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.2-ci maddələrinə əsasən 100 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə araşdırması zamanı ərizəçinin təqsirini təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Ona görə də təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şikayət təmin edilməli, Gədəbəy RPŞ-nin xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, X4 inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy RPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin, X4 inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-16/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-16/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver