Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-19/2026 09.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, şikayəti vermiş X3 iştirakı ilə X3 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/32012932 nömrəli inzibati qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X7 Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/32012932 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32012932 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi (nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə) ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur.İnzibati xəta “BMW” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə 18:44:21-da Bakı-Qazax yolunun 329.1-ci km-də qeydə alınmış və həmin nəqliyyat vasitəsinin sahibi kimi X3 adı qeyd edilərək cərimə ona yazılmışdır.Lakin həmin vaxt, yəni xx.xx.2025-ci il tarixdə avtomobili o, idarə etməmişdir. Onun sürücülük hüququ məhdudlaşdırıldığı üçün avtomobili X4 idarə etmişdir. Həmin gün Gədəbəy rayonundan Bakı şəhərinə gedərkən avtomobili X4 idarə etmiş, o, isə qabaq sərnişin oturacağında olmuşdur. Özünün nəqliyyat vasitəsində olması səbəbindən Səmədov Eşqinə nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə verilməsinə ehtiyac qalmamışdır. X4 nəqliyyat vasitəsini idarə edərkən müxtəlif vaxtlarda və yerlərdə sürət həddini aşdığı üçün törədilmiş inzibati xətalar foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitələrlə aşkar edilmiş, sistemdə nəqliyyat vasitəsinin sahibi kimi X7 göstərildiyi və X2 adına sürücülük etibarnaməsi olmadığı üçün, eləcə də onun sürücülük hüququ məhdudlaşdırıldığı üçün o, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə cərimə ona yazılmışdır. Lakin qeyd edildiyi kimi, həmin gün nəqliyyat vasitəsini o, idarə etməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinin tərkibi yoxdur. Buna görə də barəsində xx.xx.2025-ci il tarixli EQ/32012932 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X1 şikayətini müdafiə etmiş, izahat verərək, Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ/32012932 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6i izahat verərək bildirmişdir ki, X7 15 noyabr 2025-ci il tarixdə sürücülük hüququnun məhdudlaşdırılmasını demiş və ondan nəqliyyat vasitəsini idarə etməsini xahiş etmişdir. O, həmin tarxidə X5 məxsus nəqliyyat vasitəsini Bakı şəhərinə qədər idarə etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ/32012932 saylı qərarından görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən 400 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məcəllənin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı-Qazax yolunda X3 istifadəsində olmuş “BMW” markalı **-BH-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini sürücülük hüququ olan X4 idarə etmiş, bu zaman X7 nəqliyyat vasitəsində sərnişin kimi olmuş, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törədilməmişdir. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/32012932 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X7 barəsində Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/32012932 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin və X7 inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-19/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-19/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver