Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-24/2026 28.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X4 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 iştirakları ilə xx.xx.1986-c; il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gədəbəy rayonu, Tərs Yer kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gədəbəy Rayon Məhkəməsi və Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs aliment üzrə 2200 manat borc və əmlak üzrə 6500 manat borc alınaraq, X2 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin hazırki tarixədək borclu borcunu ödəməmişdir.İcra sənədinin icrası ilə əlaqədar borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, lakin borclu Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməmiş, barəsində axtarış elan edilmiş və borclu polis əməkdaşları vasitəsilə xx.xx.2026-ci il tarixdə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir.Bununla da borclu icra məmurunun qanuni tələbini yerinə yetirməkdən qərəzli olaraq imtina etmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Gədəbəy Rayon Məhkəməsi və Tovuz Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən Şəxs aliment üzrə 2200 manat borc və əmlak üzrə 6500 manat borcu yaranmışdır. 2026-ci ildə borclu icra sənədi üzrə ödəniş etməmişdir. Tələbkar borcun ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, o, Gədəbəy Rayon Məhkəməsi və Tovuz Rayon Məhkəmsi tərəfindən verilmiş icra sənədləri üzrə ödənişlər ödəməlidir. O,heç bir yerdə işləmir. Hazırda borcundan heç bir ödəniş edə bilmir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra vərəqələri üzrə tələbləri üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, bununlda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə təqsirkarın şəxsiyyətini, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməməsini və işin digər hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində 10 gün müddətində həbs inzibati tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 114.1.1, 115, 117 və 528-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 yanvar 2026-ci il tarixdən saat 15-00 dəqiqədən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-24/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-24/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver