Məhkəmə qərarları › İş №3(5-120)-25/2026

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-25/2026

28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-25/2026 28.01.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, zərərçəkmiş X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi X2 iştirakları ilə xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, hazırda ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gədəbəy Rayon Polis Şöbəsinin polis sahə inspektoru X7 tərəfindən tərtib edilmiş 28 yanvar 2026-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir Protokoldan və əlavə edimiş sənədlərdən görünür ki, Şəxs 12 dekabr 2025-ci il tarixdə Gədəbəy rayon sakini X1 döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş, izahat verərək, bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə oğlu X8 təhsil aldığı məktəbdə ondan stolun üstünü yumasını tələb etməsini, onu yamsılamasını bildirmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində məktəbə getmiş və Şəhla Cəlilovadan niyə görə belə etdiyini soruşmuşdur. Bu zaman Şəhla nalayiq ifadələr işlətmiş, o isə heç bir cavab vermədən oradan uzaqlaşmışdır.O,X4 heç bir xəsarət yetirməmiş, onu döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək, bildirmişdir ki, xx.xx.2025ci il tarixdə saat 12 radələrində azyaşlı oğlunu Gədəbəy şəhər 1 saylı Tam Orta Məktəbdən götürməyə getmişdir. O, oğlu ilə birlikdə məktəbin giriş qapısından çıxmaq istəyən zaman Elnarə ona yaxınlaşmış, “oğluma nə demisən, nə istəyirsən” sözləri ilə mübahisə yaratmış, onu təhqir etmiş, əvvəlcə saçından tutaraq yerə əymiş, daha sonra isə ağız nahiyəsinin üst hissəsinə yumruqla vuraraq onu döymüşdür. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 dekabr 2025-ci il tarixli qərardan görünür ki, X3 şikayəti ilə araşdırma aparılmış, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması ilə Şəxs X5 döyməsi faktı kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan icraata xitam verilməli, o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar