Məhkəmə qərarları › İş №3(5-120)-29/2026

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №3(5-120)-29/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 3(5-120)-29/2026 04.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakimi X1 oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, müəyyən etdi: Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 482.1ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət X2 Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokol baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. İşdə olan sənədlərdən görünür ki, Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonunda yerləşir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda-inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləlikə, inzibati xətanın törədildiyi yer Gədəbəy rayonu deyil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi ünvanı da Gədəbəy rayon ərzazisndə yerləşmir. Ona görə də iş aidiyyatı üzrə baxılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi ünvanı üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 112.4 və 114-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 482.1ci maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar