Məhkəmə qərarları › İş №3(5-120)-39/2026

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-39/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-39/2026 03.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəkizadə MMC tərəfindən 24718 ABŞ dolları məbləğində vəsait bank vasitəsi ilə 20 dekabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür.Lakin ödəniş aparıldığı gündən iki il müddətində 24718 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta geri qaytarılmamışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cİ maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi Nümayəndə məhkəməyə məlumat göndərək, “Şəkizadə" Məhdud Məsuliyyətli Cəmiyyəti Barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokola əsasən hüquqi şəxsə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məhkəməyə məktubla müraciət edərək, sənədlər təqdim edilmiş, hüquqi şəxs tərəfindən inzibati xəta törədəilmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 24718 ABŞ dolları məbləğində vəsaitin bank vasitəsi ilə 20 dekabr 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürüldüyü, lakin ödəniş aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilmədiyi və ya həmin məbləğdə valuta geri qaytarılmadığı üçün Azərbaycan Rerspublikası İXM-nin 430.4-cü maddəsilə tərtib edilmişdir. İşdə olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqdim etdiyi sənədlərdən görünür ki, xarici şirkətə köçürülmüş 24718 ABŞ dolları vəsait hesabına mallar əldə edilmiş və Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin **********7982 saylı YGB-də 18 dekabr 2023-cü il tarixli ********* saylı müqavilə qeyd edilmədiyindən həmin müqaviləyə əsasən avans köçürülmüş 24718 ABŞ dolları bank tərəfindən bağlanmamışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilr. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, “Şəkizadə" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xarici şirkətə köçürülmüş 24718 ABŞ dolları vəsait hesabına mallar əldə edilmiş və Azərbaycan Respublikasına idxal edilmişdir. Lakin **********7982 saylı YGB-də 18 dekabr 2023-cü il tarixli ********* saylı müqavilə qeyd edilmədiyindən həmin müqaviləyə əsasən avans köçürülmüş 24718 ABŞ dolları bank tərəfindən bağlanmamışdır. Yəni, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hər hansı bir inzibati xəta əməli törədilməmişdir. Ona görə də iş üzrə icraata xitam verilməli, Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXMnin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddələrinin rəhbər tutaraq, qərara aldı : İş üzrə icraata xitam verilsin, "xxxx" MMC inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar