Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-52/2026 03.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, şikayət vermiş şəxs X1, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gədəbəy rayon X8 yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X3 iştirakı ilə,ilə, X1 barəsində Gədəbəy rayon X8 Yol Polisi Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gədəbəy rayon X8 Yol Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli qərarla X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayon X8 Yol Polisi Bölməsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və barəsində İXM-nin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onun əsaslandırmışdır ki, özünə məxsus ağ rəngli, ** BJ *** dövlət qeydiyyat nişanlı, Niva markalı avtomobili var. 30 yanvar 2026-cı il tarixdə təxminən saat 13 radələrində Gdəbəy şəhərində X4 yaxınlığında yerləşən işıqforun qarşısından dönən zaman qayda pozuntusu törətməsə də, Gədəbəy RPŞ-nin DYP-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman və daha sonra DİN-ə ünvanladığı müraciət zamanı araşdırma aparılmamış, ona protokolun tərtib edilməsi ilə bağlı törətdiyi pozuntunun mahiyyəti izah edilməmiş, dönmə zamanı hansı inzibati xətanı törətməyi barədə yol patrul inspektoru tərəfindən izah verilməmişdir. O 30 yanvar 2026-cı il tarixdə təxminən saat 13 radələrində hər hansı yol hərəkəti qaydasını pozmamışdır. Özünü təqsirli bilmir. Orqan tərəfindən müraciətinə baxılmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında X2 şikayətində göstərilənləri müdafiə edib barəsində tətbqi edilmiş protokolun və qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Gədəbəy rayon X8 yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X7 bildirmişdir ki, X2 tərəfindən törədilmiş qayda pozuntusu tərəfindən vizual olaraq aşkar edilmişdir. Bununla bağlı sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü tərəfindən törədilmiş qayda pozuntusunun videogörüntüləri də mövcuddur. Odur ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xx.xx.2026-cı il tarixdə saat 12:47-də Gədəbəy şəhəri, Heydər Əliyev prospektində “VAZ 21214” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmamışdır. İnzibati protokolu tərtib etmiş Gədəbəy rayon X8 yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, X2 idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcında sola dönərkən qarşıdan düzünə gələn nəqliyyat vasitəsinə yol verməmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X1 Gədəbəy rayon X8 yol polisi bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1ci bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X2 xx.xx.2026-cı il tarixdə saat 12:47-də Gədəbəy şəhəri, Heydər Əliyev prospektində “VAZ 21214” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, qeyd edilən qayda pozuntusu ərazidə xidmət aparan YPX inspektoru tərəfindən aşkar edilmiş, qayda pozuntusu məhkəməyə təqdim edilmiş görüntülərdə də təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Gədəbəy rayon X8 yol polisi bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X1 həmin protokoldan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X1 barəsində Gədəbəy rayon X8 yol polisi bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(5-120)-52/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-52/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver