Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-57/2026 03.03.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi ilə, X3 Gədəbəy Rayon Polis X6 Polis Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2026-cı il tarixli, MN № ******* saylı qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Rayon Polis X12 Polis Bölməsinin xx.xx.2026-cı il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış X13 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, onun qonşuları Namazova Vəfa və Namazov Fazil nəinki onunla, hətta digər kənd sakinləri ilə də ilə yola getmirlər. O, öz əkdiyi və Vəfa ilə Fazilin həyətləri ilə sərhəddə yerləşən iki göyrüc ağacının budaqlarını kəsmişdir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında kəsdiyi ağacla bağlı Vəfa ilə mübahisə yaranmış, Vəfa yerdən baltanı götürərək baltanın arxa hissəsi ilə onun sinəsinə iki dəfə vurmuşdur. Həmin vaxt orada olan həyat yoldaşı Məlahət onları sakitləşdirmiş və baltanı Vəfanın əlindən almışdır.Yaranmış mübahisə zamanı Vəfanın qollarını dişləməmiş, Fazili vurmamışdır. Hadisə ilə bağlı Gədəbəy Rayon Polis X12 Polis Bölməsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Lakin onun məlumatı olmadan barəsində X13 icraat aparılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən ona məlumat verilməmiş, izahatı alınmamış və iştirakı təmin edilməmişdir. İştirakı olmadan protokol tərtib edilmiş və protokol onun tərəfindən imzalanmamışdır. Barəsində qəbul edilmiş qərar qanunsuzdur. Ona görə də həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Gədəbəy Rayon Polis X12 Polis Bölməsinə və X5 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına iştirakını etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən Gədəbəy Rayon Polis X6 Polis Bölməsinin əməkdaşlarının və X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy RPŞ-nin X16 Bölməsinin inzibati tənbeh verilmə haqqında xx.xx.2026-cı il tarixli, MN № ******* saylı qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən 300 manat miqdarında inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı X13 Protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə qonşusu Namazova Vəfa və Namazov Fazil döyməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmişdir. İşdə olan Gədəbəy RPŞ-nin təhqiqatçısının 21 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 izahatında X7 dişləmədityini bildirmişdir. Həmin iş üzrə məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, X2 bilək nahiyəsində olan sıyrıq deşici xarakterli olmamış, küt əşyanın təsirindən törənmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş X13 iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən X13 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X13 iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X13 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən X13 iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, X13 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, X1 RPŞ-nin X16 Bölməsinin xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh verilmə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iş üzrə hadisənin bütün halları tam və hərtərəfli araşdırılmamış, təqdim edilmiş sübutlara lazımi hüquqi qiymət verilməmişdir.Bundan başqa, şikayətçinin göstərdiyi halların araşdırılması, hadisənin baş vermə şəraitinin müəyyən edilməsi və müvafiq sübutların toplanması istiqamətində zəruri prosessual tədbirlər tam şəkildə həyata keçirilməmişdir. Ona görə də şikayət təmin edilməli, Gədəbəy RPŞ-nin X16 Bölməsinin xx.xx.2026-cı il tarixli, MN № ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 38, 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. Gədəbəy RPŞ-nin X16 Bölməsinin xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati tənbeh verilmə haqqında qərarı ləğv edilsin, iş üzrə icraata xitam verilsin və X11 inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-57/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-57/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver