Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(5-120)-8/2026 10.02.2026 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsinin hakimi Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 qızını katibliyi, qərardan şikayət vermiş şəxs X7 iştirakı ilə X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi İnformasiya sistemi tərəfindən tərtib edilmiş 21 oktybar 2025-ci il tarixli, EQ seriyalı, 31460749 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X11 şikayətlə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin 21 oktybar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X11 ərizəsini onunla əsaslandırmışdır ki, AR DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə İznibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 400 manata məbləğində cərimə olunmuşdur. İnzibati xətanın “X14” markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 21 oktyabr 2025-ci il tarixdə saat 2022 radələrində Binə Ticarət Mərkəzinin ərazisində törədilməsi qeydə alınmış, nəqliyyat vasitəsinə sonuncu etibarnamə ona verildiyi üçün nəqliyyat vasitəsinin istifadəçisi kimi inzibati məsuliyyətə o, cəlb edilmişdir. Lakin həmin vaxt nəqliyyat vasitəsini o, deyil, nəqliyyat vasitəsinin sahibi X3 atası X8 idarə etmişdir. O, həmin gün başqa nəqliyyat vasitəsi idarə etməklə protokolla inzibati məsliyyətə cəlb edilmişdir. “X15” markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 21 oktyabr 2025-ci il tarixdə idarə etməsini X8 tərəfindən törədilməsini özü təsdiq edə bilər. Məhkəmə iclasında X11 eyniməzmunlu izahat vermiş, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, “X14” markalı ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 21 oktyabr 2025-ci il tarixdə o, idarə etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati işə qərarından şikayət verilmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, ** BK *** dövlət qeydiyyat nişanlı “X14” Minik markalı avtomobilin mülkiyyətçisi X2 Alim Həsən oğluna nəqliyyat vasitəsindən istifadə üçün etibarnamə vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 346.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. - Portaldan çıxarışdan görünür ki, 2110.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X11 Azərbaycan Respublikası İXM-nin 332.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinməklə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin; 346.1-ci maddəsinə əsasən bu məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məcəllənin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Məcəllənin 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məcəllənin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 21 oktyabr 2025-ci il tarixdə “X17” minik markalı nəqliyyat vasitəsini X11 idarə etməmiş,yəni, inzibati xəta törətməmişdir. Ona görə də şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31460749 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31460749 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuiyyətdən azad edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31460749 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya X1 barəsində yerləşdirilmiş inzibati cərimə və ona hesablanmış dəbbə pulu məbləğləri silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədirlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №3(5-120)-8/2026
Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(5-120)-8/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver