Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-1012/2026 16.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, Şəxs оğlunun Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında protokol üzrə işi nəzərdən keçirib, müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan və əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli, EQ 31758843 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Şəxs hərəkətlərində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Rеspublikаsı İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət müəyyən edilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati tənbeh vermə haqqında elektron qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs оğlu xx.xx.2025-ci il tarixdə Samur DSBM-dən ölkə ərazisindən çıxış etmiş və xx.xx.2025ci il tarixdə ölkə ərazisinə giriş etmişdir. Belə olan halda iş materiallarından aydın şəkildə görünür ki, inzibati xəta törədilən vaxt, yəni xx.xx.2025-ci il tarixdə Şəxs оğlu Azərbaycan Respublikası ərazisində olmamış və sözügedən inzibati xəta onun tərəfindən törədilməmişdir. Bundan sonra isə şəxsin barəsində İXM-nin 529.3-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş həmin protokol üzrə də şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53, 115, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs оğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-1012/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-1012/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver