Məhkəmə qərarları › İş №3(5-121)-103/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-103/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-103/2026 26.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33308539 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33308539 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli EQ 33308539 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 50 manat cərimə edilmişdir. Bir neçə səbəbə görə həmin qərar qanunsuzdur və ləğv edilməlidir, onun barəsində qəbul edilmiş 15 yanar 2026-cı il tarixli EQ 33308539 nömrəli elektron protokol və qərar tam olaraq qanunsuz tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolda təsvir olunduğu kimi: 14 yanvar 2026-cı il tarixdə saat 19:35-də “Gəncə şəhəri Dədə Qorqud küçəsi 1A” ünvanında qeyd olunan inzibati xətanı törətməmişdir. Əslində qeyd olunan tarixdə və vaxtda Gəncə şəhərində olsa da, qərarda qeyd edilən ünvanda, yəni “ünvan 2axış keçirilən zaman avtomobilin Nizami Gəncəvi məqbərəsinin yanından keçdiyini görmək mümkündür və həmin yer Gəncə şəhərinin Nizami Gəncəvi prospektidir. Göründüyü kimi, protokolda hadisənin baş verdiyi yer düzgün göstərilməmişdir. 14 yanvar 2026-cı il tarixdə saat 19:35-də “Gəncə şəhəri Dədə Qorqud küçəsi 1A” ünvanında qeyd olunan inzibati xətanın törədilməsini qeydə alan yol-patrul xidməti (YPX) avtomobili heç bir sayrışan işıq siqnalını işə salmadan əks istiqamətli yol tərəfdən qanunsuz olaraq hadisəni qeydə almışdır. Bundan başqa, YPX avtomobilinin qeyd olunan yerdə xidmət aparması ilə bağlı müvafiq əmrin və ya göstərişin surəti məhkəmə iclasında tələb edilməli və bununla bağlı rəsmi sənəd olmadığı halda müvafiq tədbirlər görülməlidir. 15 yanar 2026-cı il tarixli EQ 33308539 nömrəli qərar qanunsuz və əsassız olmaqla prosessual və maddi hüquq normalarının kobud pozuntuları ilə müşayiət olunur. Belə ki, YPX inspektorunun onun 14 yanvar 2026-cı il tarixində “Gəncə şəhəri Dədə Qorqud küçəsi 1A” ünvanında olması ilə bağlı heç bir sübutu yoxdur. Bundan başqa, o, həmin vaxt, Gəncə şəhərinin Nizami Gəncəvi prospektində YPX avtomobilini görən zaman avtomobildə yalnız bir nəfər polis əməkdaşı var idi və bu da YPX haqqında təlimatın 6.8-ci bəndinin tələblərinin pozulması deməkdir. Belə ki, “Yol- patrul xidməti haqqında təlimat”ın 6.8-ci bəndində göstərilmişdir ki, gündüz vaxtı şəhərdaxili post və marşrutlara bir nəfərdən ibarət piyada, moto və ya avtopatrul naryadı təyin edilə bilər; şəhərkənarı yollarda, stasionar postlarda və sutkanın qaranlıq vaxtında xidmət aparılması üçün təyin olunan naryadın tərkibi iki nəfərdən az olmamalıdır. Təqsirinin sübuta yetirilməsi vəzifəsi səlahiyyətli orqanın (səlahiyyətli vəzifəli şəxsin) üzərinə düşür. Barəsində tərtib edilmiş 15 yanar 2026-cı il tarixli EQ 33308539 nömrəli elektron protokol və qərarı qanunsuz hesab edir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, heç bir inzibati xəta törətmədiyini və inzibati xəta haqqında protokolda qeyd olunan ünvanda ümumiyyətlə olmadığını bildirdi. Odur ki, barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33308539 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, EQ 33308539 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X3 14 yanvar 2026-cı il tarixdə saat 19:35-də “Gəncə şəhəri Dədə Qorqud küçəsi 1A” ünvanında qeyd olunan inzibati xətanı törətmədiyini, əslində qeyd olunan tarixdə və vaxtda Gəncə şəhərində olsa da, qərarda qeyd edilən ünvanda, yəni “ünvan 3 baş verdiyi yerin düzgün göstərilmədiyini bildirmişdir. Belə olan halda sürücünün əməlində İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli vəzifəli şəxsə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə çıxarılmış xx.xx.2026-cı il tarixli, EQ 33308539 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin səlahiyyətli vəzifəli şəxsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar