Məhkəmə qərarları › İş №3(5-121)-1085/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-1085/2026

31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(5-121)-1085/2026 31.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Gəncə şəhər X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə Hakim Bayramova Kəmalə Fətulla qızının sədrliyi Bəşirov Cavid Musa oğlunun katibliyi, Barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə ##.##.2001-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, fərdi identifikasiya nömrəsi ******* olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağdaş rayonu, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 85/34 qeydiyyatda olan, hazırda Gəncə şəhəri, İsaq Cəfərov küçəsi, ev 3, mənzil 11 ünvanında yaşayan Gəncə şəhər X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə” haqqında qərarla müəyyən edilir ki, o, ##.##.2026-cı il tarixində saat 19:27-də Gəncə şəhəri ərazisində “CHEVROLET CRUZE” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə palyanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişiklik etmiş, nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-in 342.2.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 150 manat məbləğində cərimə edilmişdir.

Qərardan verilmiş şikayət və onun dəlilləri:

2. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək Gəncə şəhər X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli “İnzibati xəta haqqında iş üzrə” qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

3. Şikayət müəllifi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6, 8, 76, maddələrinə istinad edərək qeyd etmişdir ki, onun əməlində hər hansı xəta tərkibi yoxdur. Belə ki, maşında edilmiş dəyişiklik sertifikatlıdır və qanunauyğun şəkildə aparılmışdır. Belə olan halda onun İXM-in 342.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsi qanuni sayıla bilməz.

İş üzrə proses iştirakçılarının izahatları:

4. Barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) izahat verərək qeyd etmişdir ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Belə ki, onun əməlində hər hansı inzibati xəta olmadığı təqdirdə o inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab edir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 12. İnzibati xəta anlayışı 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 75. İnzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Maddə 76. Sübutlar 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Maddə 81. Xüsusi texniki vasitələrin göstəriciləri 81.1. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır 81.2. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Maddə 84. Sübutların qiymətləndirilməsi 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102. İnzibati araşdırma ... 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Maddə 112. İnzibati xəta haqqında işə baxılma qaydası ... 112.5. İşə baxılma davam edərsə, inzibati xəta haqqında protokol, zəruri hallarda isə işin digər materialları elan edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər şəxslərin, habelə mütəxəssisin izahatları, ekspertin rəyi dinlənilir, digər sübutlar araşdırılır, işə baxılmada prokuror iştirak etdikdə, onun rəyi dinlənilir. Maddə 126. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 126.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Maddə 342. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 342.2. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: ... 342.2.3. nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə; ... yüz əlli manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı qərara istinad edərək hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə şəhər X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli “İnzibati xəta haqqında iş üzrə” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni qanunvericiliyin müvafiq normalarına istinad edərək aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

9. Şəxsin Azərbaycan Respublikası İXM-in 342.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün sürücü nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etməlidir.

10. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayətə əlavə edilmiş “AKAY AVTO” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, avtomobilə texniki baxış zamanı ön və arxa amortizatorları və yayları “SMA SUSPENSİON Coilovers”lə dəyişdirildiyi aşkar olundu. Avtomobilin tam kütləsi və ağırlıq mərkəzi oxlar üzrə bərabər paylanıb, dönmə bucaqları tənzimlənib. QEYD: Sport tipli yaylar (coilover) eyni ölçüdə dəst şəklində quraşdırılan zaman NV ağırlıq mərkəzinin pozulmasına səbəb olmur.

11. Məhkəmə bildirir ki, Gəncə şəhər X1 Şöbəsi ##.##.2026-cı il tarixli TP ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən həmin maddənin dispozisiya şərtlərinin nəqliyyat vasitəsində konkret olaraq necə təzahür etdiyini araşdırmamış, hansı texniki vasitələrlə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinin müəyyən edildiyini qeyd etməmişdir.

12. Belə olan halda məhkəmənin qənaətinə görə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma natamam aparılmış araşdırılma hesab edilməklə, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Odur ki, Gəncə şəhər X1 Şöbəsi tərəfindən aparılan növbəti araşdırma şikayətçinin ərizəsinə əlavə etdiyi müvafiq sənədlə birlikdə sübutların mümkünlüyü, mötəbərliyi prinsipləri rəhbər tutulmaqla həyata keçirilməli, müvafiq sübutlara istinad edilməklə işin bütün halları ətraflı araşdırılmalı, məhz bundan sonra qərar qəbul edilməlidir.

13. Yuxarıda qeyd edilən halları ümumiləşdirirək məhkəmə bildirir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti qismən təmin edilməklə, Gəncə şəhər X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər X1ytarılmalıdır.

14. Göstərilənlərə əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 115 və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə olunmasına dair Gəncə şəhər X1 Şöbəsinin ##.##.2026-cı il tarixli TP ******* nömrəli “İnzibati xəta haqqında iş üzrə” qərarı ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar