Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(5-121)-1144/2026 23.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, R X6, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun iştirakı ilə, ##.##.1976-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan ə Aida İmanquluyeva küçəsi, ev 7, mənzil 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, R X6 oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında iş otağında xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə məhəl qoymadığı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək göstərdi ki, anası qardaşının evinə qonaq gedib və ona zəng vuraraq qardaşı X8 qunşusu Ədalətlə tonqal üstündə mübahisələri olduğuna görə onları polis idarəsinə apardıqlarını bildirdiyi üçün o da Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman qardaşının və qardaşının qonşusu Ədalətin polis şöbəsində olduğunu görmüş, həmin vaxt polis şöbəsinin təhqiqatçısı Ceyhun Rzayev ona bildirmişdir ki, barışıq ərizəsi yazsınlar getsinlər. X7 qonşusu Ədalətlə üz-üzə gəlmək istəmədiyini bildirdiyi üçün o Ədalətlə mübahisənin nə üçün baş verməsi barədə danışan zaman onlarında aralarında mübahisə yaranmış və həmin vaxt təhqiqatçı onlara irad bildirərək, sakitləşdirən zaman Ədaləti olduqları yerdən çıxaraq ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, daha sonra təhqiqatçı ilə aralarında olan səs-küyə qardaşı Ramin otağa daxil olmuş və cibindən açarı çıxardaraq özünə xəsarət yetirəcəyini bildirən zaman qardaşının əlindən açarı alaraq çölə çıxarıblar. Onları müvəqqəti saxlama yerinə aparan zaman pilləkəndə polis əməkdaşları onun qardaşının boğazından tutaraq boğmuşlar, həmin vaxt qardaşını əllərindən almağa çalışan zaman onu da vurmuşlar və nalayiq ifadələrlə təhqir etmişdirlər. Səhhəti pisləşdiyi üçün həkim çağırmışdırlar. Qardaşının boğazından tutaraq onu boğduqları üçün polis işçisinə şərəfsiz demişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə Şəhər BPİ-in 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, R X3 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşı X8 qonşusu ilə aralarında yaranmış mübahisə səbəbindən qarşılıqlı şikayətləri olduğuna görə polis əməkdaşları hər ikisini izahatlarının alınması üçün şöbəyə gətiriblər. Şöbədə olan zaman çıxıblar təhqiqatçının yanına ki, biz necə edək, təhqiqatçıda bildirib ki, barışıq ərizəsi verin çıxın gedin. Həmin vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ədalət adlı şəxslə söhbət edən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ədalətə icazəsiz kubik götürdüyünü deyən zaman Ədalətdə götürmədiyini dedi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ədalətin ünvanında nalayiq ifadələr işlədən zaman təhqiqatçı Ceyhun Rzayev ona irad bildirmiş, lakin Rafiq Rzayev öz hərəkətlərinə davam etdiyi üçün Ədaləti otaqdan çıxarıblar və həmin vaxt Rafiq polis əməkdaşları ilə mübahisə etməyə başlayıb. Bu zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 otağa daxil olaraq cibində olan açarı çıxarıb və özünü doğrayacağını dediyi üçün ona qarşı fiziki qüvvə tətbiq edilərək, növbətçi hissənin gözləmə otağına salıblar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-in 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X1 ifadəsində göstərdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X7 102 qaynar xəttinə çıxaraq şikayət etdiyi üçün hər ikisi şöbəyə gətirilmiş, izahatları alınmış, həmin vaxtı Ramin Rəsulovun qardaşı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şöbəyə gəlmiş, qonşu olduqları üçün onları barışdırmağı təklif etmiş. O da barışıq ərizəsi verib getmələrini bildrimişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs gəlmiş və Ədalətlə danışmaq istədiyini bildirmişdir. O da razılıq vermiş, söhbət zamanı aralarında kubik söhbəti olan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ədalətə sən o vaxt mənim kubikimi oğurlamısan demiş, Ədalətdə həmin vaxt Gədəbəy rayonunda öz ata yurdunda olduğunu deyəndə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ədalətin ünvanına yalançının var yoxu və qeyrəti kim qeyri etik ifadələr işlədərək onu nalayiq ifadələrnən təhqir etmişdir. Bundan sonra yerindən qalxaraq iki dəfə Ədalətin sinəsindən və bir dəfə ağızından vurmuş, Ədalət otaqdan çölə çıxan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onu vurmaq üçün arxasınca çıxmış, o da Rafiqi otaqdan çıxmağa qoymadığı üçün onunla mübahisə etməyə başlamış, o Rafiqə keç əyləş-sakitləş deyən zaman X7un otağa girdiyini və cibindən topa açar çıxararaq qardaşını və onu buraxmayacaqları halda özünə xəsarət yetirəcəyini demişdir. O həmin vaxt Ramin Rəsulovun əlindən açarları almış, otaqdan çıxaran zaman Ramin Rəsulovda nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid X1 ilə eyni məzmunda izahat verib əlavə olaraq göstərdi ki, təhqiqatçının otağında qonşusu Ramin Rəsulovla alaralında olan mübahisəyə görə barışmaq istədikdə Rafiq otağa girərək onun barəsində kubik oğurladığını deyərək mübahisə edib, nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 həmin günü pul kartının itməsi ilə əlaqədar polis şöbəsində təhqiqatçı Ceyhun müəllimin yanında olarkən Ceyhun müəllimin otağında həmin şəxslərin nalayiq ifadələrlə səs-küy saldıqlarını və polis əməkdaşlarının onları sakitləşməyə çalışdıqlarını göstərdi. Məhkəmə iclasında müdafiəçi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində cərimə tənbehi tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə məhəl qoymadığı müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, şahid ifadələrini, protokol tərtib etmiş şəxsin izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və inzibati tənbehin məqsədinə nail olmaq üçün barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə barəsində 08 gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan ##.##.2026-cı il, saat 12:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(5-121)-1144/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-1144/2026
23.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver