Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 3(5-121)-1145/2026 23.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSI Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, R X3, müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun iştirakı ilə, ##.##.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Aida İmanquluyeva küçəsi, ev 7, mənzil 17 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, R X3 oğlu tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında iş otağında xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə məhəl qoymadığı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilməyərək göstərdi ki, qonşusu Ədalət adlı şəxslə aralarında olan mübahisəyə görə Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng vuraraq şikayət etmişdir. Şikayəti əsasında polis əməkdaşları onları polis idarəsinə apararaq, polis idarəsində ona bildirmişdirlər ki, biz nə yanğın işinə, nə də zibil işinə baxmırıq. O, da onda siz məni niyə bura gətirirdiniz deyərək etiraz etmişdir. Qonşusu Ədalətin oğlu polisə gələrək ona demişdir ki, ağsaqqal kişidir, barışıq ərizəsi yazın mən özüm gedib onu danlayacam. Həmin vaxt qardaşı Rafiq polis şöbəsinə gələrək ondan nə baş verməsini soruşduqda ağsaqqalla mübahisələri olduğunu demişdir. Polis əməkdaşı qardaşını cağırmış o isə şöbənin kolidorunda sanitar qovşağın yanında dayanmışdır. Qonşusu Ədalətin qapıdan çıxarkən nalayiq ifadələr işlədərək geddiyini görmüş lakin yenə də heç nə deməmişdir. Polis əməkdaşının çığır-bağır saldığını eşidib qapıdan içəri girərkən polis əməkdaşının qardaşının boğazından yapışıb sıxdığını görmüşdür. Həmin vaxt demişdir ki, qardaşına bir şey olsa özünə xəsarət yetirəcəkdir və həmin vaxt cibində olan açarı çıxaran zaman Ceyhun adlı polis əməkdaşı açarı onun əlindən alaraq onu yerə yıxıb başından vurmuşdur. Qonşusu ilə aralarında olan narazılıqlara görə əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında protokol tərtib etmiş Gəncə Şəhər BPİ-in 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X1 göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ədalət adlı qonşusu ilə aralarında yaranmış mübahisə səbəbindən Daxili İşlər Nazirliyinin 102 qaynar xətt xidmətinə zəng vuraraq şikayətçi olduğu üçün poliş əməkdaşları hadisə yerinə getmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis idarəsinin inzibati binasında xidməti otaqda olarkən səs-küy salaraq, təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuş polis əməkdaşları onu nizam intizama dəvət etsələr də polis əməkdaşlarının tələbinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasında iş otağında xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş Gəncə Şəhər BPİ-in 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, R X1 izahatını dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək habelə inzibati tənbehin məqsədinə nail olmaq üçün barəsində inzibati həbs tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib İXM-in 34.3-cü maddəsinə əsasən İXM-in 535.1-ci maddəsi ilə barəsində 08 gün müddətinə inzibati qaydada həbs tənbehi tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan ##.##.2026-cı il, saat 12:00-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №3(5-121)-1145/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-1145/2026
23.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver