Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-121/2026 02.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, xx.xx.1964-cü ildə Samux rayonu, Lək kəndində doğulmuş, Samux rayonu, Lək kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhəri, Samux avtostansiyası ərazisində xx.xx.2026-ci il tarixdə saat 10:20-də aparılan yoxlama zamanı “PAZ” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşlarına qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri-“Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da o, İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsinin inspektoru X1 tərəfindən 2026-ci 12 yanvar tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2026-cı il 02 fevral tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barəsində aparılan iş üzrə icraatın onun iştirakı olmadan yekunlaşdırılmasını, barəsində tərtib olunmuş protokolla razılaşdığını və qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 2026-ci il 12 yanvar tarixli aktdan görünür ki, Gəncə şəhəri, Samux avtostansiyası ərazisində aparılan yoxlama zamanı **-BD-*** dövlət qeydiyyat nişanlı, “PAZ” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni sərnişindaşıma fəaliyyəti yerinə yetirməsi aşkar edilmiş, bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşlarının xidməti vəzifəsini yerinə yetirilməsinə mane olaraq qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir (Şəxs Aktı imzalamaqdan imtina etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 40 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyicilərinə münasibətdə Bakı Nəqliyyat Agentliyindən, digər hallarda isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs 2026-cı il 12 yanvar tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə inzibati qaydada məsuliyyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs idarə etdiyi “PAZ” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşınması fəaliyyəti ilə məşğul olarkən 2026-cı il 12 yanvar tarixində Gəncə şəhəri, Samux avtostansiyası ərazisində aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada tələb olunan “Fərqlənmə nişanı”nı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X4 Gəncə Regional İdarəsinin əməkdaşlarına təqdim etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 43, 111,112, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-121/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-121/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver