Məhkəmə qərarları › İş №3(5-121)-126/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-126/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-126/2026 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında qərarı qəbul etmiş polis baş leytenantı X3, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 iştirakı ilə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X10 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 04 yanvar 2026-cı il tarixdə, saat 17:30 radələrində Gəncə şəhəri, 20 Yanvar küçəsində idarə etdiyi "X15" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Gəncə şəhər DYP-nin inspektoru E.Hacıyev tərəfindən barəmdə inzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq olunmuşdur. Hesab edirəm ki, sözügedən qərar qanunsuz və əsassızdır, aşağıdakı səbəblərdən ləğv edilməlidir: 1) Yol nişanlarının və nişanlanma xətlərinin tələbləri: hadisə zamanı mən əsas yol ilə hərəkət etmişdir. Sol tərəfdən yola daxil olan digər avtomobilin qarşısında 2.4 "Yol ver" nişanı mövcud idi. "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin İİ hissəsinə əsasən, ikinci dərəcəli yolla hərəkət edən sürücü kəsişməyə yaxınlaşarkən əsas yoldan gələn nəqliyyat vasitələrinə yol verməlidir. Videogörüntüdən aydın olur ki, həmin sürücü nişanın tələbinə əməl etməyərək onun hərəkət istiqamətinə çıxmış və qəza şəraiti yaratmışdır. 2) Maddi sübutların saxtalaşdırılması və prosessual pozuntu: inspektor E.Hacıyev hadisə yerində ona bildirmişdir ki, hadisənin sxemi çəkiləcək və bu məqsədlə ona boş kağıza imza atdırmışdır. Lakin sonradan həmin kağıza onun əleyhinə məlumatlar daxil edilmişdir. Bu, İXM-nin 51-ci (Sübutların toplanması) və 76-cı (İnzibati xəta haqqında iş üzrə icraat zamanı sübutlar) maddələrinin tələblərinin kobud pozulmasıdır. Boş kağıza imza atdırılması faktı sübutların qanunsuz yolla əldə edildiyini göstərir ki, İXM-nin 76.3-cü maddəsinə görə bu cür sübutlardan istifadə oluna bilməz. 3) Ötmə və manevr qaydasının pozulmadığı barədə: qərarda "əks istiqamətli hərəkət zolağına çıxma" manevri qanunsuz hesab edilib. Lakin hadisə yerində yerdəki nişanlanma xətləri 1.5 (qırıq-qırıq xətt) xəttidir. Sağ tərəfdə avtomobillər dayandığı üçün o, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinə uyğun olaraq maneəni keçmək məqsədilə manevr etmişdir. Ərazidə ötməni və ya digər manevrləri qadağan edən heç bir yol nişanı mövcud deyil. Məhkəmə iclasında şikayət vermiş X10 izahatında ərizəni müdafiə edərək izahatında bildirdi ki, sol tərəfdən yola daxil olan digər avtomobilin qarşısında 2.4 "Yol ver" nişanı mövcud idi. Məhkəməyə təqdim etdiyi videogörüntüdən də aydın olur ki, həmin sürücü nişanın tələbinə əməl etməyərək onun hərəkət istiqamətinə çıxmış və qəza şəraiti yaratmışdır. Məhz bunun nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolda ötmə əməliyyatını qadağan edən heç bir xəbərdarlıq nişanı olmamış, yolun üstünlüyü onda olmuşdur. xx.xx.2026-cı il tarixdə X11 ona bildirmişdir ki, sabah hadisənin sxemi çəkiləcək və bu məqsədlə ona boş kağıza imza atdırmışdır. Bundan sonra onun barəsində 40 manat məbləğində inzibati cərimə olunmasına dair qərar qəbul edilmişdir. Sonda xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, hadisə zamanı həmin yolun ortası ilə hərəkətdə olmasının səbəbi sağda iki nəqliyyat vasitəsinin olması və qarşıdan gələn nəqliyyat vasitəsinin olmaması olmuşdur. Həmçinin hesab etmişdir ki, sağ tərəfdə olan nəqliyyat vasitələrindən kimsə düşə bilərdi. Bundan başqa yolun başında üç-dörd uşaq dayanmışdır. Sol tərəfdə 2.4 "Yol ver" nişanı mövcud olduğu üçün qarşı tərəf yol nişanının tələblərinə riayət etsəydi, hazırkı yol-nəqliyyat hadisəsi baş verməzdi. Avtomobilini çətinliklə də olsa, yolun sağ hissəsinə sıxışdırmaq imkanı mövcud olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərarı qəbul etmiş polis baş leytenantı X11 izahatında bildirdi ki, 04 yanvar 2026-cı il tarixdə, saat 17:30 radələrində Gəncə şəhəri, 20 Yanvar küçəsində sözügedən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qarşı tərəfinin idarə etdiyi nəqliyyat vasitəsi ikinci dərəcəli yoldan əsas yola çıxmış, X10 isə yolun tam orta hissəsi ilə hərəkətdə olmuşdur. X2 yolun sağ hissəsi ilə hərəkət edə bilərdi. Buna görə də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin tələbləri pozulmuşdur. X10 yolun tam orta hissəsi ilə hərəkətdə olmasını kənarda avtomobillərin olması ilə əsaslandırsa da, məhkəməyə təqdim etdiyi 01 ədəd “CD” diskdə olan fotoşəkillərdən də görünür ki, həmin yolda iki nəqliyyat vasitəsi asanlıqla yerləşə və hərəkətini davam etdirə bilər. Toqquşma əks istiqamətdə baş verdiyindən qarşı tərəf yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, X10 isə 1.5-ci xəttin tələbini pozmasına və qarşı tərəfin yoluna çıxmasına görə 40 manat məbləğində cərimə edilmişlər. Pozuntu odur ki, Mərdan Məmmədov idarə etdiyi nəqliyyat vasitəsi ilə ikitərəfli yolun sağ kənarı ilə getməli olduğu halda, yolun tən ortası ilə getmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, X10 onda hadisənin videogörüntüsünün olmasını bildirməsinə görə qərarı üç gün sonra, yəni xx.xx.2026-cı il tarixdə qəbul edilmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. - Qobustan rayon notariat ofisinin xüsusi notariusu X9 tərəfindən verilmiş xx.xx.2025ci il tarixli “nəqliyyat vasitəsindən istifadə edilməsinə dair” etibarnamədən görünür ki, “X15 Hibrid” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 tərəfindən səlahiyyət Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən reyestrdə 8411 nömrəsi ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamə ilə X6 ötürülmüş, bundan sonra X7 “X15 Hibrid” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2026-cı il tarixinədək qüvvədə olan etibarnamə verilmişdir. - X10 tərəfindən məhkəməyə təqdim edilmiş yolun görüntülərini əks etdirən 01 ədəd “CD” disk, X1na məxsus sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi iş materiallarına əlavə edilmişdir. - İnzibati xəta haqqında qərarı qəbul etmiş polis baş leytenantı X11 tərəfindən məhkəməyə təqdim edilmiş “X15 Hibrid” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkilləri və yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd “CD” diskdən görünür ki, X10 idarə etdiyi “X15 Hibrid” minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda heç bir maneə olmadan yolun orta hissəsi (sol tərəfə daha yaxın) ilə hərəkət etmişdir. Həmçinin fotoşəkillərdən sözügedən yolda iki nəqliyyat vasitəsinin yerləşə biləcəyi görünür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 49-cu maddəsinə əsasən İ hissəsinə görə normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Həmin maddənin İİ hissəsinə əsasən hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır. 69-cu maddəsinə əsasən Vİ hissəsinə əsasən üfüqi nişanlanma xətləri aşağıdakılardır: 5) 1.5 — iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi hadisənin görüntülərini əks etdirən 02 ədəd “CD” diskdə olan videogörüntülər ilə tam təsdiq olunur. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında həm X4 əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması ilə bağlı videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. Belə ki, göründüyü kimi X10 idarə etdiyi nəqliyyat vasitəsi ilə ikitərəfli yolun sağ kənarı ilə getməli olduğu və yolda heç bir maneə olmadığı halda, yolun tən ortası ilə getmiş, bununla da inzibati xəta törətmişdir. X10 yolun tən ortası ilə getməsini hadisə zamanı sağda iki nəqliyyat vasitəsinin olması və qarşıdan gələn nəqliyyat vasitəsinin olmaması ilə əlaqələndirsə də, məhkəmə bu ifadələri özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir və əsassız hesab edir. X1 öz ifadəsində qeyd etmişdir ki, çətinliklə də olsa, avtomobilini yolun sağ hissəsinə yerləşdirmək imkanına sahib olmuşdur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X8 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X10 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar