Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-132/2026 09.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-19/2024-024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 380.0 kv.m hissəsindən çıxarılmalıdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, tələbi təmin edilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs sonuncu izahatında hazırda tələbi təmin etməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X5 çıxışında protokolu müdafiə edərək protokolun təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, hazırkı məsələ ilə bağlı borclu Şəxs həyətində giriş-çıxışın açılması ilə bağlı Gəncə Şəhər Məhkəməsinə iddia ərizə vermiş və qətnamə onun əleyhinə qəbul edilmişdir. Belə ki, Şəxs hüquqdan sui-istifadə edərək başqa istiqamətdə yolu olmasına baxmayaraq tələbkar X2 mülkiyyətinə aid hissədən giriş-çıxış kimi istifadə etmək istədiyindən, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 19/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədini qərəzli olara icra etmir. Məhkəmə iclasında borclu Şəxs çıxışında bildirdi ki, həyətində yolun açılması ilə bağlı Gəncə şəhər məhkəməsinə iddia ərizə ilə müraciət etmiş və mülki iş üzrə qətnamə onun əleyhinə çıxarılmışdır. Belə ki, məhkəmə iclasında hakim ona izah etmişdir ki, sənin başqa istiqamətdə giriş və çıxışın var, lakin o, qətnamədən narazı olduğunu və apellyasiya instansiyasına şikayət verəcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-19/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs X2 mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-19/2024 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı tələbkar X2 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 380.0 kv.m hissəsindən çıxarılması və iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunu cavabdeh X1 alınaraq dövlət büdcəsinə, ekspertiza tədqiqatının dəyəri 50 manat pul X1 alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, icra sənədi üzrə tələbi könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli və xx.xx.2026-ci il tarixli Şəxs İcra İdarəsinə verdiyi izahatından görünür ki, evinin yolu bağlandığına görə məhkəməyə müraciət etmişdir, yekun məhkəmə qərarından sonra, yəni ona giriş-çıxış veriləndən sonra icra tələbi üzrə tələbi təmin edəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, borclunu dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun vəziyyətini yüngülləşdirən və ağırlaşdıran halları, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-132/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-132/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver