Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-135/2026 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikası, Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 2026-cı il 22 yanvar tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2040/2019 saylı xx.xx.2019-cu il il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş, borclu qanunla müəyyən edilmiş müddətə tələbi icra etməkdən qərəzli olaraq imtina etmişdir. Ümumilikdə Şəxs borcu 2160 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən icra məmuru X3 bildirdi ki, borclu Şəxs barəsində protokol tərtib edildiyi günə qədər borcu ümumilikdə 2160 manat olmuşdur. Borclu Şəxs borcunu ödəməsi üçün məhkəmənin verdiyi müddət ərzində borcundan 500 manat ödəniş etmişdir. Protokolu müdafiə edərək Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, borcunu ödəyə bilməməsi qərəzli olmamışdır. Aliment borcunun yaranmasına səbəb maddi vəziyyəti ilə bağlı olmuşdur. Hətta elə olub ki, bir ay ərzində iki dəfə ödəniş etmişdir. Aliment borcunu ödəməkdən yayınmır. Belə ki, hər ay aliment ödənişi ilə birgə müəyyən məbləğdə pulu tələbkara ödəniş edir. Məhkəmə tərəfindən ona verilmiş müddət ərzində borcundan 500 manat ödəniş etmişdir. Aliment borcunun qalan hissəsini hissə-hissə ödəyəcəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Zərərçəkmiş şəxs məhkəməyə izahat verərək bildirdi ki, borclu Şəxs aliment borcunu ödəməsi üçün məhkəmə tərəfindən müddət verilsə də, aliment borcundan cəmi 500 manat ödəniş etmişdir. Aliment borcunun qalan hissəsinin tam ödənilməsini tələb edərək borclu Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: “İcraata başlamaq haqqında” 2019-cu il 26 iyul tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-2040/2019 nömrəli icra sənədini icraatına qəbul edərək icra sənədi üzrə icraata başlamışdır. “Tələbin könüllü icrası haqqında” 2019-cu il 26 iyul tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası üçün 10 gün müddət verilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs bank kart hesabına 300 ( üç yüz) Azn ödəniş etmişdir. xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2026-cı il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs bank kart hesabına 200 ( iki yüz) Azn ödəniş etmişdir. xx.xx.2026-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs bank kart hesabına 500 (beş yüz) Azn ödəniş etmişdir. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən də görünür ki, Şəxs müvafiq vaxtlarda aliment borcundan ödənişlər etmişdir. xx.xx.2026-cı il tarixində keçirilmiş məhkəmə prosesində borclu Şəxs 2160 manat aliment borcundan ödəniş etməsi üçün məhkəmədən möhlət istəmiş və xx.xx.2026-cı il tarixində borcundan 500 manat ödəniş etmişdir. Həmçinin Şəxs məhkəmə iclas zalında aliment borcunun qalan hissəsini ödəyəcəyini bildirməsi də onu göstərir ki, o, aliment borcunu ödəmək niyyətindədir və icra sənədi üzrə tələbi icra etməkdən yayınmır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-135/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-135/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver