Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-144/2026 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 23 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-772/2021 nömrəli icra sənədinə əsasən Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq Əliyeva (Məmmədova) Günay Mehti qızına ödənilməlidir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 bildirdi ki, borclu Şəxs müvafiq məhkəmə qərarının icrası ilə əlaqədar onun tələblərini yerinə yetirməmiş və nəticədə 8150 manat aliment borcu yaranmış və bununla əlaqədar Şəxs barəsində sözügedən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş məhkəmənin icraatında olan dövrdə Şəxs aliment borcundan 500 manat (məhkəmə borcluya ödəniş üçün vaxt verdikdən sonra), inzibati xəta haqqında protokol verilməmişdən 2 gün əvvəl isə 1000 manat ödəniş etmişdir. Hal-hazırda Şəxs aliment borcu var. O, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, o, hazırki aliment borcundan 500 manat (hazırkı icraata dövründə) tələbkara ödəniş etmiş və qalan borcunu da qısa müddət ərzində ödəyəcək və zərərçəkmiş şəxslə də aralarında bununla bağlı razılıq əldə olunmuşdur. Buna görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tələbkar Əliyeva (Məmmədova) Günay Mehti qızı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, cavabdehin ödədiyi məbləğlə razılaşdığını bildirmiş, ancaq alimenti hər ay 1502 manat, 150 manat borcun da ödəməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 1000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Zərərçəkmiş şəxs hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, aliment tələbi üzrə Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə 1000 manat və xx.xx.2026-cı il tarixdə 500 manat olmaqla zərərçəkmiş şəxs (tələbkar) Əliyeva (Məmmədova) Günay Mehti qızının hesabına barəsində inzibati xəta haqqında protokolun tərtib olunması ərəfəsində aliment borcundan 1500 manat ödəniş edilmişdir. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs yaranmış aliment borcunu vaxtı-vaxtında ödəməməsi qərəzli olaraq deyil, onun maddi imkanı ilə əlaqədar olmuşdur. İcra məmuru bunun əksini sübut edən hər hansı bir sənəd işə əlavə edə bilməmişdir (onun maddi imkanının olması barədə). Eyni zamanda Şəxs məhkəmə icraatı dövründə ödəniş etməsi onun qərəzli olmaması barədə məhkəmədə daxili inam yarada bilmişdir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-144/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-144/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver