Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-150/2026 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, X6 oğlunun katibliyi, qərarından şikayət verilmiş şəxs - Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 YPX inspektoru, polis serjantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 (yüz) manat inzibati cərimə olunması barədə xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Gəncə Şəhəri Baş Polis İdarəsi Gəncə Şəhər Dövlət Yol Patrul Xidməti polis serjantı Nümayəndə tərəfindən xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokola və inzibati xəta haqqında işin digər materilalarına əsasən o, xx.xx.2026-cı il tarixdə saat 18.40 radələrində VAZ 21099 minik markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, nəticədə, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hazırda Azərbaycan Respublikasında hər bir yerdə avtostandartlara cavab verən nəzarət və müşahidə kameraları quraşdırlmaqla bütün nəqliyyatın və eləcə də piyadaların hərəkətləri fiksasiya edilməklə izlənilir. Hərəkətdə olduğu Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə üzü aşağı Sovxoz Nizami adlanan yerdə olan dairəyə daxil olmaqla yolunu davam etdirən zaman Daxili İşlər Nazirliyi Gəncə Şəhəri Baş Polis İdarəsi Gəncə Şəhər Dövlət Yol Patrul Xidməti polis serjantı Nümayəndə tərəfindən xx.xx.2026-cı il tarixli İXP ******* saylı protokolla inzibati xəta haqqında İXM-nin 372.2-ci maddəsi qanun pozuntusu olmadan tədbiq edilmişdir. Protokola əsasən qərar çıxarılmışdır, hansı ki. ASANPAY vasitəsi ilə nəzarət edir, o da görünməmişdir. Protokoldan və qərardan narazıdır. Belə ki, o, yol nişanının tələblərinə riayət edərək, soldan gələn avtonəqliyyat vasitəsi olmadığı halda, dairəvi yola daxil olmaqla hərəkətini davam etdirmişdir. Bu zaman polislər tərəfindən saxlanılmaqla əsassız olaraq protokol yazılmışdır. O, polisə tabeçiliyini göstərmiş və videogörüntü tələb etmiş, lakin heç bir görüntü təqdim edilməmişdir. Bütün şəhər üzrə müşahidə və nəzarət eləcə də obyektlərin kameralarından çıxarış tələb etmiş, lakin təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayətin məzmununa uyğun məhkəməyə izahat verərək bildirdi ki, şikayətini müdafiə edir. Barəsində tərtib edilmiş protokolun əsassız olduğunu bildirərək xx.xx.2026cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş şəxs -Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X9 YPX inspektoru, polis serjantı Nümayəndə məhkəməyə izahat verərək bildirdi ki, tərtib edilmiş protokol qanuni və əsaslıdır. T.Məmmədov idarə etdiyi VAZ 21099 minik markalı, 20- BP- 622 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidə hərəkətdə olarkən dairəvi yola daxil olmuş və avtomobilə yol verməmiş, buna görə də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinin əsasən 100 manat məbləğində cərimə edilmişdir. Tərtib edilmiş protokol və qərar qanunamüvafiq olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, qərardan şikayət vermiş şəxs yol nişanının tələblərinə riayət edərək, soldan gələn avtonəqliyyat vasitəsi olmadığı halda, dairəvi yola daxil olmaqla hərəkətini davam etdirdiyini bildirsə də məhkəmə baxışında iş materiallarına əlavə edilmiş DVD-diskdə olan videogörüntüyə baxış keçirilərək müəyyən olunmuşdur ki, X4 xx.xx.2026-cı il tarixdə saat 18:40-da Gəncə şəhəri, “Sovxoz Nizami” adlanan ərazidə yol hərəkəti qaydasını pozaraq Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (dairəvi yola daxil olmuş avtomobilə yol vermədiyinə görə) törətmişdir və buna görə də onun barəsində xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi DVD-diskdə olan videogörüntü ilə tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-in müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-150/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-150/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver