Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-155/2026 27.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Bayramova Kəmalə Fətulla qızı, X1 Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsi ilə təqsirli bilinərək 150 ( bir yüz əlli) manat inzibati cərimə olunmasına dair Göygöl rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Şikayət və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət aidiyyəti üzrə düzgün verilmədiyindən baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə cərimə nəzərdə tutulur. İşin məhkəmə icraatının mümkünlüyünün yoxlanılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə edilmiş sorğudan görünür ki, X1 ünvanı ünvan 1nin 129.1.3-cü maddəsin əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aidd olma məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta Göygöl rayonu ərazisində törədildiyindən X1 Göygöl rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3 və 129.1.3, 132.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-in 329.3-cü maddəsi ilə təqsirli bilinərək 150 ( yüz əlli) manat inzibati cərimə olunmasına dair Göygöl rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti aidiyyəti üzrə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Hakim: Kəmalə Bayramova
Məhkəmə qərarları › İş №3(5-121)-155/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-155/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver