Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-19/2026 04.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarına əsasən İXM-nin 469-1 maddəsi ilə 1500 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarı qanuni və əsaslı hesab etmir. Belə ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyekti mülkiyyətindədir. Həmin ünvanda 053 saylı X5muş və orada ********** saylı VÖEN ilə fəaliyyət göstərmişdir. Qeyd edilən VÖEN isə xx.xx.2021-ci il tarixdə 5 il müddətinə dayandırmış və həmin müddətdən sonra xx.xx.2021-ci ildə qeyd edilən qeyri-yaşayış obyektində işçisi olan oğlu X3 (VÖEN **********) icarəyə verilmişdir, o isə həmin vaxtdan MDSS-yə ayırmalar və İTS ödənişlər etmişdir. İcarə müqaviləsinin müddəti 2023-cü il göstərilsə də, lakin müqavilənin hər iki tərəfi müqaviləni uzatmaq niyyətində olduğundan növbəti müqavilə bağlanmamış, qeyd edilən müqavilə də qüvvədə qalmışdır. O, 2021-ci ildə heç bir sahibkarlıq fəsaliyyəti ilə məşğul olmadığından qeyd edilən əməlin subyekti olmadığını və həmin maddə ilə məsuliyyətə cəlb edilə bilməyəcəyini bildirmişdir. İXM-nin 38.1-ci maddəsinə əsaslanaraq inzibati xəta törətməmiş, əgər törətmişdirsə 2021-ci il ildən 5 ilə yaxın müddət keçmişdir. Sahibkarlıq fəaliyyətini dayandırması X4 məlum olduğundan uzanan inzibati xəta hesab oluna bilməz və bir il ərzibndə inzibati məsuliyyətə cəlb edilməli idi. Bildirir ki, həmin qərarın surətini 26 dekabr 2025-ci il tarixdə poçt vasitəsilə əldə etmişdir. Məhkəmə iclasında şikayətçi X2 çıxışında şikayətin məzmununa uyğun çıxış edərək barəsində qəbul olunmuş qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən X2 ilə icraçı X6 arasında müqavilə bağlanmışdır. - xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri, o cümlədən məhkəməyə təqdim olunan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X1 təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın üzərinə düşsə də, həmin orqan məhkəməyə Ə.Bağırovun inzibati xətanı törətməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə onun inzibati xətanın törədilməsinə aidiyyatı və təqsiri sübuta yetirilmir. Hansı ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokolu tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, və inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim olunmadığından X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir. Həmçinin Ə.Bağırov tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-19/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-19/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver