Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(5-121)-20/2026 12.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, vəsatət vermiş şəxs X2 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31165036 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31165036 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində cərimə olunmuşdur. X1 həmin qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermiş və vəsatəti onunla əsaslandırmışdır ki, EQ 31165036 saylı qərarın ləğv edilməsi ilə bağlı Gəncə şəhər Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 3(125)- 4493/2025 saylı qərardadı ilə barəsində qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərarlardan eyni anda bir şikayət ərizəsi ilə müraciət etdiyinə görə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, lakin, Gəncə Apellyasiya Məhkəməsinin 3(104)- 703/2025 saylı qərarı ilə şikayəti təmin olunmamış, daha sonra barəsində tərtib olunmuş 4 qərardan ayrı-ayrılıqda şikayət ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etsə də, Məhkəmənin 3(125)-4701/2025 saylı qərardadı ilə qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinə görə şikayət baxılmadan geri qaytarılmışdır. Odur ki, qeyd olunanlara əsasən buraxılmış müddəti üzürlü sayaraq şikayətə baxılması üçün müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 vəsatətin məzmununa uyğun çıxış edərək şikayət vermə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin, sədrlik edənin sualına cavab olaraq müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair tutarlı səbəb gətirə bilməmişdir. Məhkəmə vəsatəti, vəsatət vermiş şəxsin məhkəmədə verdiyi ifadəsini və inzibati xəta haqqında iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, vəsatət təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə şikayətçi X3 tərəfindən şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzürsüz səbəblərdən buraxılmış, həmin səbəblərin üzrlü hesab edilməsi barədə hər hansı tutarlı və ya təkzibedilməz faktlar vəsatətə əlavə olunmamışdır. Ona görə də müddətin bərpasına dair şikayətçi X3 tərəfindən verilmiş vəsatət rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutub QƏRARA ALDİ : X2 Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31165036 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(5-121)-20/2026
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(5-121)-20/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver