Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-238/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Umud oğlunun sədrliyi, X2 oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti Gəncə Daşkəsən Regional bölməsinin baş məsləhətçi müfəttişi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti Gəncə-Daşkəsən Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs tərəfindən Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən (Gəncə-Sərkar avtomobil yolunun sağ istiqaməti) “Bizim Bağ” ictimai iaşə obyektinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq xx.xx.2026-cı il tarixdə Xan Samux suvarma arxına axıdıldığı faktı məlum olmuşdur. Bununla da o, İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti Gəncə-Daşkəsən Regional bölməsinin baş məsləhətçi-müfəttişi Nümayəndə tərəfindən MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti Gəncə-Daşkəsən Regional bölməsinin baş məsləhətçi müfəttişi Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək, bildirdi ki, Şəxs tərəfindən Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən (Gəncə- Sərkar avtomobil yolunun sağ istiqaməti) “Bizim Bağ” ictimai iaşə obyektinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq xx.xx.2026-cı il tarixdə plastik boru vasitəsi ilə Xan Samux suvarma arxına axıdıldığı faktı məlum olmuş və sözügedən obyektin sahibkarı Şəxs tərəfindən vəzifəli şəxs qismində Azərbaycan Respublikası İXMnin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək, bildirdi ki, onu xəbərdar etmədən ona cərimə yazılması düzgün deyil. Belə ki, həmin boru ondan əvvəl də olmuş və hazırda da var və həmin boru vasitəsi ilə obyektdə istifadə olunan su arxa axıdılır. Həmin ərazidə hamı suyu o arxa axıdır. Oradan keçən arxdan axan suyun özü də çirklidir. Həmin obyekti icarəyə vermiş, lakin icarə müqaviləsi mövcud deyil. O, qeyd edilən əməlin qanun pozuntusu olmasını bilməmişdir. Orqanın əməkdaşları gəlib belə bir şeyə icazə olmadığını bildirib protokol tərtib etdikdən sonra o, bu pozuntunu 4 gün ərzində aradan qaldıraraq plastik boru vasitəsi ilə arxa axıdılan suyu quyuya yönəltmişdir. İş materiallarına əlavə edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 07 yanvar 2026-cı il tarixli 002073 nömrəli aktın surətindən görünür ki, Şəxs tərəfindən Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən (Gəncə- Sərkar avtomobil yolunun sağ istiqaməti) “Bizim Bağ” ictimai iaşə obyektinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq xx.xx.2026-cı il tarixdə Xan Samux suvarma arxına axıdıldığı məlum olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX 12 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti Gəncə-Daşkəsən Regional bölməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubun surətindən görünür ki, elektron uçot məlumat bazasına və yerində aparılan araşdırmaya əsasən Samux rayonu, Gəncə- Sərkar avtomobil yolunun sağ istiqamətində yerləşən təsərrüfat subyekti (obyekti) hazırda Şəxs (VÖEN **********) istifadəsindədir. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu və digər əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Odur ki, o, təqsirli bilinərək, vəzifəli şəxs qismində inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublkasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən sudan özbaşına istifadə edilməsinə, yəni içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, şəxsiyyətini və ilk dəfə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini nəzərə alaraq inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs (FİN-xxxxxxx; VÖEN-**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(5-121)-238/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-238/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver