Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-240/2026 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 2026-cı il 28 yanvar tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2021-cü il tarixli qərarla icraata başlanılmış Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-683/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2021-ci il 30 iyun tarixdən hesablanmaqla xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 632/2024-008 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs tutulan alimentin miqdarı artırılaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə və inzibati məsuliyyətə cəlb olunacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, alimenti ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir və çağırışlara gəlmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən icra məmuru X6 bildirdi ki, borclu Şəxs xx.xx.2026cı il tarixində aliment borcundan 100 manat ödəniş etmiş və onun ümumilikdə 1020 manat aliment borcu qalmışdır. Borclu Şəxs son iki ay ərzində heç bir ödəniş etməmişdir. Protokol tərtib edilən tarixədək sonuncu dəfə 2025-ci ilin noyabr tarixində ödəniş etmiş, həmçinin ondan öncəki tarixlərdə də müvafiq məbləğlərdə alimnet borcundan ödənişlər etmişdir. Protokolu müdafiə edərək Şəxs barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə izahat verərək bildirdi ki, borcunu ödəyə bilməməsi qərəzli olmamışdır. Aliment borcunun yaranmasına səbəb maddi vəziyyəti ilə bağlı olmuşdur. Belə ki, fəhlə kimi işləyir və mütəmadi olaraq maddi imkanının yol verdiyi qədər aliment borcundan ödənişlər etmişdir. Həmçinin əvvəl atasının adına olan bank kartını tələbkara vermişdir ki, yaranmış aliment borcu ödənilmiş olsun. Hal-hazırda da həm işləyərək həm də atasının adına olan bank kartını da yenidən tələbkara verərək aliment borcunu və aliment haqqını ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “İcraata başlamaq haqqında” 2021-ci il 16 dekabr tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 xx.xx.2021-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(040)-683/2021 nömrəli icra sənədini icraatına qəbul edərək icra sənədi üzrə icraata başlamışdır. “Tələbin könüllü icrası haqqında” 2021-ci il 16 dekabr tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrası üçün 10 gün müddət verilmişdir. “İcraata başlamaq haqqında” 2024-cü il 03 sentyabr tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 xx.xx.2024-cü il tarixdə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-632/2024 nömrəli icra sənədini icraatına qəbul edərək icra sənədi üzrə icraata başlamışdır. “Tələbin könüllü icrası haqqında” 2024-cü il 03 sentyabr tarixli bildirişin surətindən görünür ki, borclu Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra sənədinin icrası üçün 10 gün müddət verilmişdir. xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2025 və xx.xx.2026 tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tələbkar X2 bank kart hesabına ödənişlər etmişdir. Müvafiq idarə və təşkilatlara edilmiş elektron sorğulardan görünür ki, borclunun heç bir əmanəti, əmlakı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs müvafiq vaxtlarda aliment borcundan ödənişlər etmişdir. Həmçinin xx.xx.2026-cı il tarixində də aliment borcundan ödəniş etmişdir. Şəxs məhkəmə iclas zalında aliment borcunun qalan hissəsini ödəyəcəyini bildirməsi də onu göstərir ki, o, borcunu və aliment haqqını ödəmək niyyətindədir və icra sənədi üzrə tələbi icra etməkdən yayınmır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, barəsində icraat aparılan şəxsin əməlində qərəz mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, işin təsvir edilmiş hallarını, onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini və yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsi şikayət verilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-240/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-240/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver