Məhkəmə qərarları › İş №3(5-121)-254/2026

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-254/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-254/2026 18.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan və əlavə olunmuş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ 30376640 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, onun barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli EQ 30376640 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması və aidiyyəti tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilmişdir. Lakin yenidən araşdırma aparılmadan və onun barəsində çıxarılmış elektron qərarın ləğv edilməsinə baxmayaraq əsassız olaraq barəsində AR İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)-4331/2025 nömrəli qərararına əsasən Şəxs barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30376640 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında işə yenidən baxılması və aidiyyəti tədbirlərin görülməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi qeyd edilən elektron qərar Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilsə də, Şəxs İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında EQ 30376640 nömrəli qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməməsinə görə xx.xx.2026-cı il tarixli İXP7755346 nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olaraq tərtib edilmiş və baxılması üçün ona əlavə edilmiş digər materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Beləliklə Şəxs hərəkətlərində İXM-in 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs оğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən Ülkər Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar