Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(5-121)-295/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Babazadə Ülkər Ağamalı qızının sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən daхil olmuş inzibati xəta haqqında protokol üzrə işə baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları: Gəncə şəhər Baş Polis İdarəsinin X1 Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İХM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan və əlavə olunmuş sənədlərdən məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixli EQ 29952847 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində cərimə olunmuş, lakin qərar qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. İş üzrə proses iştirakçılarının izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 3. İnzibati məsuliyyətin əsasları Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Maddə 12. İnzibati xəta anlayışı Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 53. İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: ... 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda Maddə 529. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ... 529.3. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi Məhkəmə qanunvericiliyin müvafiq normalarına və inzibati xəta ilə bağlı tərtib edilmiş protokola istinad edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinin tərkib əlaməti olmadığından başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 29952847 nömrəli inzibati tənbeh vermə haqqında qərarla və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “Chevrolet Cruze” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, səlahiyyətli orqan tərəfindən həmin maddə ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli 3(125)-4785/2025 nömrəli qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən AR İXM-in 529.3-cü maddəsi ilə nəzərədə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. AR İXM-in 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, Şəxs barəsində olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər təkrarən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Belə olan halda məhkəmə bildirir ki, hazırkı iş üzrə Şəxs barəsində eyni fakt üzrə inzibati tənbeh etmək haqqında nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə hakimin qərarı olduğuna görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-in 43, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs оğlunun hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Аpеllyаsiyа Məhkəməsinə şikаyət vеrilə bilər. Sədrlik edən hakim: Ülkər Babazadə
Məhkəmə qərarları › İş №3(5-121)-295/2026
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(5-121)-295/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver